Yuxarı

Köçəryan namizəd oldu: “Qarabağ” demədi, ancaq...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Köçəryan namizəd oldu: “Qarabağ” demədi, ancaq...

Ermənistanın keçmiş prezidenti Robert Köçəryan lideri olduğu "Hayastan" blokunun baş nazirliyə namizədi olub. Köçəryan martin 16-da blokun tədbirindəki çıxışında hər il Ermənistanda 45 min yeni iş yeri yaradacağını vəd edib. Tərəfdarlarına müraciətində Köçəryan vurğulayıb ki, təhlükəsizlik Ermənistanın qarşıdakı illərdə əsas prioritetlərindən biri olaraq qalacaq. O bildirib ki, buna nail olmaq üçün ölkənin döyüşə hazır orduya, güclü liderə və etibarlı müttəfiqə ehtiyacı var.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

“Köçəryan həmçinin Azərbaycanla sülhə üstünlük verdiyini, ancaq bunun üçün aydın təhlükəsizlik zəmanətinə ehtiyac olduğunu söyləyib. Onun sözlərinə görə, Ermənistanın xarici siyasəti proqnozlaşdırıla bilən, başa düşülən olmalı və böyük dövlətlər arasındakı fikir ayrılıqlarından sui-istifadə etmək ideyasını rədd etməlidir.

Robert Köçəryanın açıqlamalarının mənası aydındır. O “etibarlı müttəfiq” dedikdə Rusiyanı nəzərdə tutub. Yəni demək istəyib ki, qalib gələrsə, Ermənistan Cənubi Qafqazda əvvəlkitək Rusiyanın vassalı rolunu oynayacaq.

Erməni saytlarında Köçəryanın çıxışında Qarabağla bağlı fikrinə rast gəlmədim. Əksinə, o, baş nazir olacağı halda Azərbaycanla sülhə üstünlük verəcəyini bildirib. Hiyləgər Köçəryan bilir ki, seçkiqabağı çıxışlarında “Qarabağın geri qaytarılması” kimi məntiqsiz fikirlər səsləndirsə, səs qazana bilməyəcək. Ermənilərin əksəriyyəti Qarabağla bağlı tezislərin Azərbaycanla yeni müharibəyə səbəb olacağını anlamamış deyillər. Ona görə, Köçəryan seçiciləri qorxutmaq istəmir. Ancaq erməni seçiciləri onu da bilməlidirlər ki, yenidən Köçəryanı hakimiyyətə gətirsələr, bu, sülh quruculuğuna, o cümlədən bölgədə kövrək sabitliyə zərbə olacaq. Demək, Bakıdan ermənilərə indidən mesaj göndərilməlidir ki, hazırki sülh qurucluğundan kənarlaşmaq bölgədə gərginlik mənbəyinə və Ermənistanın itkilərinə səbəb olacaq”, - politoloq vurğulayıb.

Tarix
2026.03.17 / 07:00
Müəllif
Axar.az
Digər xəbərlər

Aleksandar Vuçiç bu gün Bakıya gəlir

Hikmət Hacıyev WUF13-lə bağlı film paylaşdı - Video

Azərbaycanla bağlı bu səhvləri təkrarlamayacam - Paşinyan

Azərbaycanda 4 günlük iş həftəsi... - Detallar

Bakıda forum: Hədəf 8 ölkənin hüdudlarını aşmaqdır - Baş katib

İsrailin Azərbaycan bayrağı yanlışına İranın erməni cavabı

Azərbaycan TDT-ni geosiyasi gücə çevirir...

Şuşada bu evləri 2 minə satırdılar - Erməni bloger

İliyana Yotova Bakıya gəlir

Türk dünyası üçün də mühüm çağırışlar... - Deputat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla