Yuxarı

Professordan ABŞ və Ukraynaya sərfəli təklif

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Professordan ABŞ və Ukraynaya sərfəli təklif

ABŞ-ın hava hücumundan müdafiə sistemləri İranın pilotsuz uçuş aparatlarının on hücumundan doqquzunu məhv edir. Lakin hədəfə çatan cəmi 10% “Şahid” belə qlobal təhlükəsizlik üçün kritik təhlükə yaradır. Bununla belə, ABŞ və Ukrayna qarşılıqlı faydalı əməkdaşlıq yolu tapa bilər.

Axar.az xəbər verir ki, bu fikri San Dieqo Dövlət Universitetinin beynəlxalq münasibətlər üzrə professoru Mixail Alekseyev bildirib.

Ekspertin sözlərinə görə, bir kamikadze dronunun qiyməti təxminən 25 min dollardır ki, bu da ABŞ və müttəfiqlərinin istifadə etdiyi tutucu raketlərlə müqayisədə yüz dəfə ucuzdur.

Professor qeyd edir ki, İran müharibədən əvvəl təxminən 80 min “Şahid” ehtiyatına malik idi və hələ də ayda təxminən 1000 ədəd istehsal edə bilir:

“ABŞ və müttəfiqləri isə qiymətli raket ehtiyatlarını çox sürətlə tükəndirir. Martın ortalarına qədər ABŞ hərbçiləri təxminən 1000 ədəd “Patriot” (PAC-3) raketi istifadə ediblər ki, bu da ölkədə illik istehsal həcmini iki dəfə üstələyir. Bu rəqəm Ukraynanın Rusiya ilə dörd illik genişmiqyaslı müharibə ərzində xərclədiyindən də çoxdur”.

O vurğulayıb ki, Ukraynanın təcrübəsi ABŞ-a daha mürəkkəb hədəflər üçün bahalı raketləri saxlamağa imkan verir.

Tarix
2026.03.19 / 08:00
Müəllif
Axar.az
Digər xəbərlər

YAP-ın VIII Qurultayı keçirilir, İlham Əliyev çıxış etdi

Onlar Köçəryanın əsas seçici bazasını təşkil edirdi...

Azərbaycanın İsraillə münasibətləri... - Hacıyev

Bakı sülhlə bağlı yalnız son bir addımı gözləyir...

TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşdülər

Putin: İlham Əliyevlə bu mövzuda danışıram - Video

Mandatı alındı, vəzifədən çıxarılır: Abdullayev niyə vuruldu?

Həsənov, Gülər və Çikovani Şuşada... - Foto

Britaniya səfiri İran XİN-ə çağırıldı

Ermənistan büdcəsi 1,4 milyard dollar artır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla