Yuxarı

İran müharibəsi: Tramp ani qərar verə bilər!

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İran müharibəsi: Tramp ani qərar verə bilər!

İranla müharibə ABŞ Prezidenti Donald Tramp üçün həm ölkə daxilində, həm də xaricdə nüfuzuna zərər verə biləcək çətin bir sınağa çevirilir.

Axar.az xəbər verir ki, bu barədə “Ekonomist” jurnalında dərc edilən məqalədə bildirilib.

Nəşr qeyd edib ki, uzun çəkən müharibə onun Respublikaçılar Partiyasındakı mövqeyinin zəifləməsi və xarici siyasətə nəzarətinin azalması ilə nəticələnə bilər.

Məqalədə vurğulanır ki, Tramp seçicilər arasında dəstəyin azalması təhlükəsi ilə də üz-üzədir. Çünki Yaxın Şərqdə münaqişənin gərginləşməsi fonunda artıq 13 amerikalı hərbçi həlak olub, benzin və dizelin qiymətləri isə artıb. Hətta əvvəllər prezidentə dəstək verən respublikaçılar da İranla müharibənin məqsədəuyğunluğuna dair şübhə etməyə başlayıblar.

Nəşrin bildirdiyinə görə, vəziyyət iqtisadi fonda daha da çətinləşir. Neftin bahalaşması və bazarlarda mümkün geriləmə Trampı ani qərarlar verməyə sövq edə bilər.

Eyni zamanda qarşı tərəf öz addımlarında fəal olaraq qalır. İran qonşu ölkələrin dəniz və enerji obyektlərinə hücumlar edir və Hörmüz boğazı istiqamətində atəş açır. Bu isə neftin qiymətini yüksək saxlayır və dünya iqtisadiyyatına təzyiq göstərir.

Tarix
2026.03.21 / 10:00
Müəllif
Ləman Cavadova
Digər xəbərlər

Sərhəddə azərbaycanlı sürücülər çətin vəziyyətdə - Video

Vahid Ələkbərov amerikalı ilə razılaşdı: 10 milyardlıq satış

Təsdiqləndi, prezident Azərbaycana gələcək

Azərbaycanda hakimlərin xidmət haqqı bu qədər olacaq

Bu, İlham Əliyevin strateji baxışı əsasında qurulur

İlham Əliyevin Kestutis Budrisi qəbuluna dair - Video

İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi

Litvalı nazirdən Azərbaycan vətəndaşlarına müjdə: Viza...

Kəlbəcər bir güllə atılmadan Azərbaycana təhvil verildi

Əli Əsədov Boçorişvili ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla