Yuxarı

Rusiyadan ABŞ-a İranla bağlı gözlənilməz təklif...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyadan ABŞ-a İranla bağlı gözlənilməz təklif...

ABŞ Ukraynaya Rusiyaya dair kəşfiyyat məlumatları verməyi dayandırsa, Kreml də Yaxın Şərqdəki ABŞ hərbi obyektlərinin dəqiq yerləri ilə bağlı informasiyaları İrana ötürməyi dayandıracaq.

Axar.az xəbər verir ki, bu barədə “Politiko”ya gizli mənbələr məlumat verib.

Nəşr qeyd edib ki, həmin təklif keçən həftə Mayamidə keçirilən görüşdə Rusiya Prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev tərəfindən ABŞ administrasiyasının nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerə çatdırılıb.

Məlumata görə, ABŞ təklifi rədd edib. Buna baxmayaraq, belə bir təklifin mövcudluğu Avropa diplomatları arasında narahatlıq yaradıb. Onlar kritik bir dövrdə Moskvanın Avropa və ABŞ arasında münaqişə yaratmağa çalışmasından qorxurlar.

Hətta Avropa Birliyinin bir diplomatı Rusiyanın təklifini skandal xarakterli adlandırıb. Onun fikrincə, bu təklif Avropada belə bir şübhə yaradır ki, Uitkoff-Dmitriyev görüşləri Ukraynada sülh üçün heç bir real nəticə vermir və Moskva bu təklifi edərək ABŞ-ı Avropanı kənarda qoyan bir razılaşmaya cəlb etməyə çalışır.

Tarix
2026.03.21 / 09:00
Müəllif
Ləman Cavadova
Digər xəbərlər

Türkiyədə Azərbaycanı düşmən sayanların sayı... - Nə baş verir?

Türk fenomen Azərbaycanı qınayanları susdurdu - Video

İlham Əliyevin Formula-1-lə bağlı paylaşımı - Video

Keçmiş deputat vəzifədən azad edildi

Biz bu sistemə sadiq qalırıq - Ceyhun Bayramov

İlham Əliyev bu tədbirdə iştirak etdi - Video

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü

İlham Əliyev Məhəmməd Ben Sulayem ilə görüşdü

Əli Əsədov suriyalı nazirlə görüşdü - Foto

Prezident Bakıda mühüm forumda... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla