Yuxarı

İsrail üçün maneə İran yox, bu ölkədir – Ekspert

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İsrail üçün maneə İran yox, bu ölkədir – Ekspert

İsrailin "Böyük İsrail layihəsi"ni həyata keçirməsinin qarşısında dayanan ən böyük maneə İran deyil, ABŞ-dır.

Axar.az xəbər verir ki, bunu çinli tədqiqatçı, ekspert Jiang Xueqin amerikalı jurnalist Taker Karlsona ABŞ-İsrail hücumlarını və mövcud hadisələri şərh edərkən deyib.

Ekspertin sözlərinə görə, müharibə ən çox İsrail üçün faydalıdır:

“Çünki İsrailin “Böyük İsrail layihəsi” kimi bir məqsədi var. Xəritəyə baxanda bu layihənin Anadolu, Türkiyənin cənubu, hətta Səudiyyə Ərəbistanına qədər uzandığı görünür.

Əgər İsrail üstün mövqeyə çıxarsa, Yaxın Şərqin hakim gücünə çevrilə bilər. Ancaq İsrail ABŞ-ı bu tənlikdən çıxarmağın yolunu tapmalıdır. Çünki bu gərginlikdə ABŞ-ın gücünü ortaya qoyduğunu düşünürəm”.

İsrailin ABŞ-ı Yaxın Şərqdən çıxarmaq üçün bu müharibəyə cəlb etməsi iddiaları ilə bağlı fikirlərini bölüşən tədqiqatçı vurğulayıb ki, Amerika xalqı müharibə istəmir və nə olursa olsun, ABŞ-ın Yaxın Şərqdən çəkilmək məcburiyyətində qalması, həmçinin İsrailin öz layihəsini həyata keçirə bilməsi ehtimalı var:

“Müharibənin gedişatına baxsaq, bu planın həyata keçəcəyi güman edilir. Bunun səbəbi isə ABŞ ordusunun illərdir real bir müharibədə iştirak etməməsidir”.

Şərhçi İrandakı müharibənin 2003-cü ildə baş verən İraq müharibəsindən fərqli olduğunu diqqətə çatdırıb.

Onun fikrincə, ABŞ İranı güclü hərbi gəmilərlə hədələsə də, bu gəmilər dron təhlükəsinə görə İrana yaxınlaşa bilməyib və effektiv olmayıb. Çünki İran 20 ildən çoxdur ki, belə vəziyyətlərə hazırlaşır və ABŞ-ın addımlarını yaxşı bilir.

“ABŞ ordusu daha ağır və çətin hərəkət edir, İran ordusu isə daha çevik və dözümlüdür”, - deyə Jiang Xueqin əlavə edib.

Tarix
2026.03.22 / 10:00
Müəllif
Ləman Cavadova
Digər xəbərlər

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla