Yuxarı

İrana ölülər rəhbərlik edir - Markov

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrana ölülər rəhbərlik edir - Markov

ABŞ-İran danışıqları davam edir, ya yox? Bu aydın deyil. Aydın olmayan və daha vacib bir məqam da var: İrana kim rəhbərlik edir?

Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.

"1. Rəhbər Müctəba Xamenei televiziyada görünmür, çoxları onun ciddi şəkildə yaralandığına və vəzifəsini icra etmədiyinə inanır.

2. Onun yoxluğunda Laricani faktiki olaraq lider idi, amma o da öldürüldü.

3. Onun yerində az tanınan bir adam var. XİN rəhbəri? Parlamentin rəhbəri Qalibaf? Amma liberal olan Prezident Pezeşkian qətiyyən deyil.

4. SEPAH rəhbərliyi? Orada onlardan çoxdur.

5. İran isə öz liderini gizlədir, çünki İrana həqiqətən kimin rəhbərlik etdiyi açıqlansa, o, ABŞ və İsrailin əsas hədəfinə çevriləcək.

6. Bəziləri hesab edir ki, hazırda İranda vahid rəhbərlik yoxdur. Və görünür, ordu liderləri əvvəllər Əli Xamenei və Laricaninin verdiyi əmrləri yerinə yetirirlər.

7. Onda belə çıxır ki, İranı ölü adamlar idarə edir? Bəli. Daha doğrusu, Allah yolunda canını qurban verən insanlar. Şeytanın bəndələrinə qarşı müqəddəs mübarizədə həlak olanlar. Bu isə tamamilə İranın əsas dini və əsas ideologiyası olan şiəliyin ruhundadır.

8. Belə çıxır ki, ABŞ-la sülh müqaviləsinin şərtləri və Hörmüz boğazının açılması şərtləri ilə bağlı danışıqlar aparacaq yəqin ki, heç kim qalmayıb", - o bildirib.

Tarix
2026.03.24 / 10:00
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla