Yuxarı

ABŞ B-2 ilə Qüds şəhərinə 14 tonluq bomba atdı - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ B-2 ilə Qüds şəhərinə 14 tonluq bomba atdı - Video

ABŞ Hərbi Hava Qüvvələri İranın mərkəzindəki Qüds şəhərində yeraltı obyektlərə GBU-57 bunker bombalarından istifadə edərək zərbə endirib. İran mənbələrinə görə, zərbə yeraltı raket saxlama məntəqəsinə dəyib.

Axar.az xəbər verir ki, bu barədə politoloq Heydər Oğuz məlumat paylaşıb.

“ABŞ bu bombalardan daha əvvəl keçən ilin 13-24 iyun tarixində baş verən və tarixə 12 günlük müharibə kimi düşən İsrail-İran savaşında istifadə etmişdi. GBU-57A/B MOP (Massive Ordnance Penetrator) bombası ABŞ Hərbi Hava Qüvvələri üçün indiyə qədər hazırlanmış ən ağır qeyri-nüvə bunker partladıcılarından biridir və çəkisi 13.600 kq (30.000 funt) təşkil edir. "Dağda Yanan Bomba" kimi tanınan bu idarə olunan sursat xüsusilə dərin yeraltı bunkerləri və möhkəmləndirilmiş hədəfləri məhv etmək üçün hazırlanmışdır və B-2 Spirit təyyarələri ilə daşınır.

İranın Qüds şəhərinə gəlincə, Tehranın 20 km uzaqlığında yerləşən bu şəhərdə 2006-cı il siyahıyaalınmasına əsasən 230.147 nəfər yaşayır. Bu ilin 11 mart ayında da şəhərə GBU-57 bombası atılmışdı. Şəhərə bunker dağıdıcı mərmilərlə zərbə endirilməsi onu göstərir ki, orada hansısa mühüm hərbi-strateji obyekt yerləşir”, - o bildirib.

Tarix
2026.03.27 / 18:08
Müəllif
Axar.az
Digər xəbərlər

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

7 ölkə İranla savaşa girir? - Ekspert

Prezident onu Türkiyəyə səfir təyin etdi

Prezident onu Özbəkistana səfir göndərdi

İlham Əliyev Mirziyayevin ad gününü təbrik etdi

Ukrayna Sankt-Peterburqa zərbə endirdi - Video

Azərbaycanın Gürcüstana münasibəti... - Kavelaşvili

MN təsdiqlədi: Öz qırıcımızdır, təlim-məşq uçuşudur - Təcili

Rubio Lavrovu pərt elədi - Son ümid puç oldu

Azərbaycan və Rusiya iqlim dəyişikliyini müzakirə etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla