Yuxarı

Köçəryana təklif edirəm, eşşək kimi anqırsın - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Köçəryana təklif edirəm, eşşək kimi anqırsın - Video

Cənab Köçaryana təklif edirəm, eşşək kimi anqırsın. Amma həvəslə. Görək neçə baxış qazanar. Mərc gəlirəm ki, mövcud orta statistik baxışlar sayından artıq olmaz.

Axar.az “BBC Azərbaycanca”ya istinadla xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan belə təkliflə qarşıdan gələn parlament seçkilərində rəqiblərindən biri – keçmiş prezident Robert Köçəryana müraciət edib.

Daha əvvəl Robert Köçəryan nəzarəti altında olan televiziya kanalında rişxəndlə bəyan edib ki, Paşinyanın bölgə səfərləri sosial mediada baxışlar qazanmaq üçün keçirilən şoudur.

Robert Köçəryan deyib: "Əgər hər hansı bir siyasətçi, tanınan bir şəxs, kobud desək, eşşək kimi anqırsa - həvəslə anqırsa, düşünürəm ki, milyonlara baxış qazanar".

Seçki kampaniyasının startı verilməmiş Paşinyanın Mülki Müqavilə Partiyası və digər qüvvələr təbliğat kampaniyasıa qatılıblar. Bu günlər Robert Köçəryan da tərəfdarları ilə görüşlər keçirib. O, mövcud hakimiyyəti bacarıqsız adlandırır:

"Onlar xalqa başqa nə deyə bilərlər ki? Məsələn, ciddi bir diskussiya zamanı xalqa deyiləsi heç bir ciddi sözü yoxdur. Ciddi bir müzakirə zamanı Qarabağın itkisini necə izah edəcəklər? Hakimiyyətdə olduqları 8 ildə 3 müharibə gətirdilər, 5 min ölüm üçün necə cavab verəcəklər?"

Sakinlərlə mütəmadi görüşlərini davam etdirən Paşinyan isə açıq bəyan edir ki, onun rəhbərlik etdiyi seçkilərdə ən azı 60 faiz qazanmasa, müharibə olacaq:

"Sentyabrda müharibə olacaq. Fəlakətli müharibə... Əgər Mülki Müqavilə böyük üstünlüklə qalib gəlməsə".

Tarix
2026.03.28 / 13:09
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyədə Azərbaycanı düşmən sayanların sayı... - Nə baş verir?

Türk fenomen Azərbaycanı qınayanları susdurdu - Video

İlham Əliyevin Formula-1-lə bağlı paylaşımı - Video

Keçmiş deputat vəzifədən azad edildi

Biz bu sistemə sadiq qalırıq - Ceyhun Bayramov

İlham Əliyev bu tədbirdə iştirak etdi - Video

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü

İlham Əliyev Məhəmməd Ben Sulayem ilə görüşdü

Əli Əsədov suriyalı nazirlə görüşdü - Foto

Prezident Bakıda mühüm forumda... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla