Yuxarı

Köçəryan xəritə nümayiş etdirdi: Müharibə olacaq - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Köçəryan xəritə nümayiş etdirdi: Müharibə olacaq - Video

Ermənistanda bu il 7 iyunda keçiriləcək parlament seçkiləri ilə bağlı siyasi qüvvələr arasında mübarizə getdikcə artır.

Axar.az xəbər verir ki, hakim Mülki Müqavilə Partiyasının rəhbəri, Baş nazir Nikol Paşinyanın vətəndaşlarla görüşündə əsasən onlara “Ermənistanın 29,8 min kv.km-lik xəritəsi”ni hədiyyə edir. Məqsəd isə Ermənistanın beynəlxalq qurumlarda qəbul edilən ərazisini “rəsmiləşdirmək”dir.

Nikol Paşinyan sülh üçün qonşulara, xüsusilə Azərbaycana ərazi iddialarından əl çəkməyin vacib olduğu təbliğatını da aparır. Onun komandası isə Qarabağ haqda müzakirələri Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik kimi qəbul edir və bu mövzunu qapatmağa çalışır.

N.Paşinyan komandasının əsas təbliğatlarından biri də Mülki Müqavilə Partiyasının parlamentdə tam üstünlük qazanmayacağı halda Azərbaycanla müharibənin olacağı iddiasıdır. Hətta bununla bağlı Paşinyan tarix də verib: İyunda Mülki Müqavilə parlamentdə tam üstünlük əldə etməsə, sentyabrda Azərbaycanla müharibə başlayacaq.

Əks düşərgə, xüsusilə keçmiş prezidentlər Robert Köçəryan və Serj Sərkisyan isə bunu təkzib etməyə çalışır, sülh gündəmini dəyişməyəcəklərinə işarə edirlər. Lakin 2 gün öncə öz iqamətgahında mediaya müsahibə verən “Ermənistan” blokunun rəhbəri və baş nazirliyə namizədi Robert Köçəryan faktiki mahiyyətini və seçiləcəyi halda hədəfini bir növ “göstərmiş oldu”.

Müsahibəsi zamanı divardan asılan monitorda kadrlara düşən xəritə əks olunub. Bu xəritədə keçmiş Dağlıq Qarabağ və onun ətrafındakı 30 il işğalda saxlanılan 7 rayon Ermənistan ərazisi kimi təqdim edilir.

Bu, Paşinyanın iddiasını doğruldan əsas faktor sayıla bilər və görünür, Köçəryan sözdə müharibə olmayacağını desə də, Azərbaycan ərazilərinə iddia edəcəyini faktiki olaraq xəritə ilə göstərir. Əks halda seçki ilə bağlı müsahibəsində niyə sözügedən xəritəni jurnalistlərlə öz arasına yerləşdirməli və onun görüntülənməsini təmin etməlidir?

Tarix
2026.03.28 / 13:58
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan XİN bu ölkəni təbrik etdi

İlham Əliyev Polşa prezidentini təbrik etdi

İran Ermənistandakı Göy Məsciddə tədbir keçirdi

Həkimə qumbara atan şəxslə bağlı hər şey üzə çıxdı - Video

Ərdoğan Ermənistana onu göndərir - Səbəb

Məhəmməd Süleyman əl-Casir Xankəndiyə səfər edəcək

Slovakiya prezidenti Azərbaycana gələcək

İsrail səfirindən Azərbaycanla bağlı açıqlama

Qarabağda buna heyran qaldım - Braziliya səfiri

Hikmət Hacıyev Qazançı kilsəsindən video paylaşdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla