Yuxarı

ABŞ Xark adasını ələ keçirə bilərmi? - Mümkün ssenari

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ Xark adasını ələ keçirə bilərmi? - Mümkün ssenari

ABŞ Prezidenti Donald Trump bildirib ki, İranın neft sənayesi üzərində nəzarət qurmaq imkanını müzakirə edir. O, həmçinin qeyd edib ki, Tehran neftinin 90%-nin ixrac edildiyi əsas mənbə olan Xark adasını ələ keçirmək variantını da istisna etmir.

Axar.az xəbər verir ki, bunu “Tayms” nəşri ABŞ-ın sözügedən adanı ələ keçirə bilib-bilməyəcəyini qiymətləndirərkən yazıb.

Nəşr qeyd edir ki, bir çox ekspert hesab edir ki, İranın bu mühüm neft qovşağını ələ keçirməyə cəhd etmək “intihar missiyası” ola bilər.

Bildirilir ki, Xark adası İran sahillərindən 32 kilometr məsafədə yerləşir. Onun sahəsi 20 kvadrat kilometrdən bir qədər azdır və sakinlərin əksəriyyəti neft sənayesində çalışır. Bir çox iranlı üçün ada “qadağan olunmuş ada” kimi tanınır və SEPAH tərəfindən ciddi şəkildə qorunur.

Nəşr xatırladır ki, daha əvvəl Tramp regiona minlərlə elit amerikalı desant göndərilməsi barədə göstəriş verib. 82-ci Hava-Desant Diviziyasının tərkibində olan, “Fort Braqq” bazasında yerləşən sürətli reaksiya qüvvələri təxminən 3 min hərbçidən ibarət briqadadır və 18 saat ərzində dünyanın istənilən nöqtəsinə yerləşdirilə bilər:

“Diviziyanın komandanı Brendon Teqtmeyer də qərargahı ilə birlikdə mümkün desant əməliyyatı öncəsi regiona göndərilir. Desant qüvvələrindən əlavə, ABŞ Hərbi Dəniz Qüvvələrinin iki ekspedisiya qrupundan birincisinin tezliklə Yaxın Şərqə çatacağı gözlənilir. Bu qrupa “USS Tripoli” və “USS Nyu Orleans” gəmiləri, həmçinin “F-35B Lightning II” qırıcıları və “MV-22B Osprey” təyyarələri daxildir”.

Nəşr qeyd edir ki, İran, ehtimal ki, Xark adası ətrafında piyada əleyhinə və tank əleyhinə minalar da daxil olmaqla, mina tələləri yerləşdirib. Bu, istənilən gəminin yanacaq doldurmaq üçün ona yaxınlaşmasını çətinləşdirəcək.

Vurğulanır k, son həftələrdə Xark adasına əlavə hərbi qüvvələr və hava hücumundan müdafiə sistemləri də yerləşdirilib. Adanın çoxqatlı müdafiə sisteminə malik olduğuna inanılır və son həftələrdə iranlılar orada “Manpad” adlanan əlavə daşına bilən hava hücumundan müdafiə sistemləri yerləşdiriblər.

Mümkün ssenarilərdən biri ABŞ dəniz piyadalarının şaquli şəkildə qalxıb-eniş edə bilən “MV-22 Osprey” təyyarələrindən ibarət donanmadan istifadə edərək adaya enişidir. Cəsarətli birgə əməliyyatda yüzlərlə paraşütçü eniş zonasını təmin etmək üçün “C-17 Globemaster III” nəqliyyat təyyarələrindən tullana bilər.

Nəşr vurğulayır ki, hətta bu mərhələdə belə, İranın “Şahid” dronları və qanadlı raketlər buraxmağa davam etməsi nəzərə alınmaqla, ABŞ dəniz piyadaları problemlərlə üzləşəcək. Kral donanmasının keçmiş komandiri Tom Şarpın sözlərinə görə, əgər onlar yerə eniş etsələr, əsgərlər "raketlər üçün maqnit"ə çevriləcəklər.

Analitiklər ABŞ-ın desant qüvvələri ilə dəniz piyadalarının birləşməsinin təkbaşına Xark adasını ələ keçirməsinə şübhə ilə yanaşırlar. Onlar hesab edirlər ki, Amerika qoşunları məhdud hava hücumundan müdafiə şəraitində əks-hücumları dəf etməli olacaq ki, bu da itkilərin artması və ABŞ-ın özünün başladığı müharibəyə daha dərindən cəlb olunması ehtimalını artırır.

Tarix
2026.03.31 / 09:00
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Azərbaycan dünyanın ən təhlükəsiz ölkələri sırasında

Azərbaycanlıların Soyqırımı Günü: XİN bəyanat yaydı

Azərbaycanlıların Soyqırımı Günündən 108 il ötür

Ceyhun Bayramov iranlı həmkarı ilə danışdı

Ermənistanın dərmir yolları türk ölkəsinə verilir? - Rusiya

Pezeşkianın təşəkkür elədiyi ölkəyə SEPAH raket atdı

Bakı Təşəbbüs Qrupu: BMT bu qətnaməsini tam dəstəkləyirik

Azərbaycandan İranın Türkiyəyə raket hücumuna reaksiya

Hindistan Azərbaycana təşəkkür etdi

Türkiyədən alırdı, indi özü ərəb ölkələrinə satır...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla