Yuxarı

Trampın NATO ilə bağlı hədəsi nəticə verdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Trampın NATO ilə bağlı hədəsi nəticə verdi

ABŞ Prezidenti Donald Trampın NATO üzrə müttəfiqlərinə qarşı qəzəbi – onların İrana qarşı müharibəyə qoşulmaqdan imtina etməsinə görə hələlik bir nəticə verib: NATO ölkələrini ona qarşı birləşdirib.

Axar.az xəbər verir ki, bu barədə “Politiko” nəşrindəki məqalədə bildirilib.

Nəşrin qeyd etdiyi kimi, Brüssel və digər şəhərlərdə keçirilən qeyri-rəsmi görüşlərdə, şam yeməklərində və kulislərdə Avropa liderləri və hökumət rəsmiləri Trampın NATO-dan çıxmaq təhdidlərinə necə reaksiya verəcəklərini və bu təhdidlər reallaşarsa, nə edəcəklərini müzakirə edirlər.

“Mövcud vəziyyətdə onlar belə bir qaranlıq qənaəti bölüşürlər ki, Trampın Böyük Britaniya, İspaniya, Fransa və digər ölkələrə qarşı getdikcə daha aqressiv hücumları transatlantik ittifaqda fundamental bir qırılmaya işarə edir”, – məqalədə deyilir.

Bildirilir ki, yekun qərarın necə olacağı hələ dəqiq olmasa da, bəzi ölkələr artıq NATO-nun mümkün dağılmasını nəzərə alaraq müdafiə və təhlükəsizlik sahəsində sazişlərini genişləndirməyə çalışırlar.

“NATO iflic vəziyyətdədir, onlar hətta iclaslar keçirə bilmirlər. Aydındır ki, NATO artıq dağılır”, – bunu adı açıqlanmayan bir avropalı diplomat nəşrə bildirib.

AB nümayəndəsi isə hesab edir ki, Avropa təcili şəkildə öz müdafiəsini gücləndirməlidir:

“Biz təşkilatın tamamilə yox olmasını gözləyə bilmərik”.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp avropalı müttəfiqlərini NATO-dan çıxmaqla hədələyib.

Tarix
2026.04.04 / 09:00
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla