Yuxarı

ABŞ-ın İranda yerüstü əməliyyatı: Hədəf pilotun xilası deyildi...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ-ın İranda yerüstü əməliyyatı: Hədəf pilotun xilası deyildi...

ABŞ-ın İsfahan yaxınlıqlarında keçirdiyi əməliyyat sadəcə pilotları xilasetmə əməliyyatı deyildi. Bəlkə də heç deyildi. Çünki təyyarə İran-İraq sərhədinin yaxınlığında düşmüşdü. Bununla belə pilotun təyyarə düşməzdən əvvəl də katapult etməsi ehtimalı var.

Axar.az xəbər verir ki, bu barədə beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev qeyd edib.

O, ABŞ pilotlarının üstündə şifrəli radio-mayak olduğunu, onun yerini ABŞ zatən dəqiqliklə bildiyini vurğulayaraq, fərqli bir ehtimal irəli sürüb:

“Bu əməliyyatda C-130 tipli xüsusi avadanlıq daşıya bilən 2 təyyarənin olması və əməliyyatdan sonra onların tamamilə yox edilməsi onu göstərir ki, əməliyyatın başqa məqsədləri vardı. Çünki adi xilasetmə əməliyyatı üçün bir neçə ədəd helikopter və havadan dəstək tam kifayət idi.

Bu əməliyyatın bir məqsədi də İranın gizlədilmiş HHM qurğularının yerini müəyyən etmək, hansısa kəşfiyyat avadanlığını gətirmək, müqavimət gücünü dəqiq öyrənmək ola bilərdi.

Beləliklə, bu əməliyyatın bəyan olunan hədəfindən başqa, ən azından quru müdaxiləsindən əvvəl ilkin sınaq həyata keçirmək və kəşfiyyat toplamaq kimi məqsədləri də vardı. Habelə qeyd olunmalıdır ki, İsfahanda Nüvə Texnologiyası Mərkəzi də yerləşir”.

Professorun fikrincə, önümüzdəki həftə içində İrana quru əməliyyatının başlanması ehtimalı olduqca yüksəkdir:

“Heqsetin (ABŞ rəhbi naziri - red.) 20-yə yaxın Pentaqon generalını istefaya göndərməsi də ona dəlalət edir ki, generallar quru əməliyyatına qarşıdırlar, lakin Tramp quru əməliyyatının keçirilməsini tələb edir.

Hər halda quru əməliyyatının iki məqsədi olacaq - bir tərəfdən körfəzi ələ keçirmək, digər tərəfdən də zənginləşdirilmiş uranı çıxarmaq və avadanlıqları (sentrefuqa və s.) tam sıradan çıxarmaq”.

Tarix
2026.04.05 / 19:47
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevin Formula-1-lə bağlı paylaşımı - Video

Keçmiş deputat vəzifədən azad edildi

Biz bu sistemə sadiq qalırıq - Ceyhun Bayramov

İlham Əliyev bu tədbirdə iştirak etdi - Video

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü

İlham Əliyev Məhəmməd Ben Sulayem ilə görüşdü

Əli Əsədov suriyalı nazirlə görüşdü - Foto

Prezident Bakıda mühüm forumda... - Video

Türkiyədə Bakıya qarşı kampaniya - Nə baş verib?

Türkiyədə Azərbaycana qarşı kampaniya... - MM

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla