Yuxarı

Türkiyə Menbici alsa… - Avropa narahatdır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyə Menbici alsa… - Avropa narahatdır

Türkiyənin Suriyadakı hərbi əməliyyatları Qərb mətbuatını narahat etməkdədir.

Axar.az xəbər verir ki, Almaniyanın "Deuş Vörtşafs Naşirten" qəzeti türk ordusunun əməliyyatlarına kölgə salaraq, Ankaranın əsas məqsədinin neft bölgələrini ələ keçirmək olduğunu iddia edib:

"Suriyadakı ən şiddətli döyüşlər ana boru xətləri və gələcəkdə enerji xətti üçün istifadə olunacaq ərazilərdə aparılır. Ölkədə İŞİD-lə mübarizədən çox, enerji müharibəsi gedir.

Suriyanın ən önəmli iki neft mərkəzi Menbic və Əl Bab bölgəsində yerləşir. Bu iki bölgə İraqdan Suriyaya gələn və İdlibə qədər davam edən ana boru xətlərinə ev sahibliyi edir. Kim Menbici alarsa, o da Suriya neftinin daşınmasına nəzarət edəcək.

Düzdür, Türkiyə hələ ki, neft borularına çatmayıb. Ancaq Menbic alınarsa, bölgədəki vəziyyət kökündən dəyişəcək. Hələbdəki savaş Suriya müharibəsinin taleyini həll edə bilər. Çünki bu şəhər ölkənin əsas neft borularının keçdiyi sonuncu ən iri şəhərdir. Onu alan neft borularının açarını qazanmış olacaq.

Ən şiddətli qarşıdurmalar Rakka, Deyr əz-Zor, Hələb, İdlib, Haseke, Bukemal və Əl Babda yaşanır. Həma və Xümsdə də müharibə davam edir. Bütün bu şəhərlər isə Türkiyədən Qətərə uzanması planlaşdırılan boru xəttinin üzərində yerləşir.

Rusiya İrandan İraq və Suriyaya uzanan boru xətti istəyir. Moskva bu səbəbdən Xümsün cihadçıların əlinə keçməsinə imkan vermir. Suriyadakı əməliyyatlarda ABŞ daha çox şərqə, Rusiya isə qərbə meyllənir. Hər iki ölkə rəqibinin neft boru xətti inşa etmək planına zərbə vurmağa çalışır".

Tarix
2016.09.07 / 12:51
Müəllif
Hacı Qulu
Digər xəbərlər

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

Düşmənin öhdəsindən gələ bilərik – Pezeşkian

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...

Azərbaycanla sərhəddə raketlər yerləşdirildi - Foto

Türkiyə dərsliyində Azərbaycan şəhəri haqda bu ifadə... - Foto

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki...

Paşinyan elan etdi: TRİPP-in icrasına başladıq

Paşinyan: Yeni Konstitusiya bizə sülh gətirəcəkmi?

Laçından Mehriyə keçmişdi: 1 noyabrdan Molodeçnodur

Türkiyədə İlham Əliyevin adından yayılan bu fikirlər...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla