Yuxarı

İran və ABŞ bu savaşda nə qazandı, nə uduzdu... - General

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İran və ABŞ bu savaşda nə qazandı, nə uduzdu... - General

İran və ABŞ arasında elan edilmiş atəşkəsi hər iki tərəfin qalib olduğunu iddia etdiyi, amma əslində heç kimin tam qalib olmadığı klassik strateji çıxılmazlıq kimi oxumaq daha düzgün olar.

Bu sözləri Axar.az-a açıqlamasında türkiyəli politoloq, general Yücel Karauz İran və ABŞ arasında əldə olunmuş atəşkəsi şərh edərkən deyib.

Politoloq bildirib ki, tərəflərin üstünlüyü və zəif tərəflərinə real tərəfdən baxmaq lazımdır:

“38 günlük müharibə tammiqyaslı deyil, regional eskalasiya səviyyəsində yüksək intensivlikli qarşıdurma idi. Birbaşa ABŞ-İran toqquşması kimi başlasa da, sonradan proksi qüvvələr üzərindən genişləndi. Yəni bu, klassik torpaq işğalı müharibəsi yox, strateji aşındırma savaşı idi və daha çox enerji, logistika və hava üstünlüyü üzərində qurulmuşdu.

Əvvəlcə ABŞ-ın üstünlüklərinə diqqət edək: hava və dənizdə tam üstünlüyünü qorudu, İranın bəzi strateji obyektlərinə (raket bazaları, logistika xətləri) zərbə vuruldu, həmçinin Körfəz ölkələri və İsrailin təhlükəsizliyi qismən təmin edildi. Ancaq İranı tam zəiflədə və regionda tam sabitlik yarada bilmədi, digər tərəfdən də bu müddət ərzində proksi hücumları (Ənsərullah, Hizbullah xətti) dayandırılmadı. Qısaca, taktiki üstünlük var, strateji qələbə yoxdur.

İranın nə əldə etdiyinə nəzər saldıqda isə görürük ki, ölkə dağılmadı, amma üstünlük də qazanmadı. Belə ki, rejim daxili sabitliyi qoruya bildi, ABŞ-ı uzunmüddətli quru müharibəsinə çəkə bilməsə də, xərclərini artırdı və proksi şəbəkə ilə asimmetrik təzyiqi davam etdirdi. Lakin hərbi infrastrukturun bir hissəsi zərər gördü, hava məkanında zəiflədi, ən əsası iqtisadi və enerji infrastrukturu risk altına düşdü”.

Generalın fikrincə, hər iki tərəfin özünü qalib elan etməsinin səbəbi var:

“Bu, klassik informasiya müharibəsidir. ABŞ İranın qarşısını aldığını, eskalasiyanı nəzarətdə saxladığını deyir. İran isə ABŞ-ın onları yıxa bilmədiyini və müqavimət göstərdiyini bildirir.

Ancaq reallıq ondan ibarətdir ki, bu, qələbə deyil, qarşılıqlı tükənmə və balanslaşdırma mərhələsidir.

Doğrudur, belə halda atəşkəsin niyə indi elan edildiyi maraq doğurur. Çünki atəşkəsin səbəbləri çox kirtikdir. Birincisi, burada ABŞ regional müharibənin Çin-Rusiya fonunda böyüməsini, İran isə iqtisadi və hərbi təzyiqi daha çox daşımaq istəmir. İkincisi, Hörmüz boğazı bağlansa, qlobal şok yarana bilər. Həmçinin neft qiymətlərinin artıq kritik həddə yaxınlaşdığını müşahidə edirdik. Üçüncüsü də bu gərginlikdə siyasi təzyiq var idi. Çünki bu durumda Türkiyə, Qətər, Pakistan kimi aktorlar da vasitəçilik edir”.

Karauzun fikrincə, elan edilən atəşkəs sülh yox, fasilədir:

“Məncə, müharibə bitməyib, sadəcə forması dəyişir. Gözlənilən növbəti mərhələdə kiber hücumlar, proksi müharibələrin artması, gizli əməliyyatlar (Sui-qəsd və sabotaj), hətta enerji və logistika üzərindən təzyiq ola bilər. Bu, açıq müharibədən kölgə müharibəsinə keçiddir.

Savaşın əsas nəticəsinə gəldikdə isə heç kim qarşı tərəfi diz çökdürə bilmədi və bu da gələcəkdə yeni raundların olacağını göstərir. Hətta gərginlik İsrail-İran modelinə bənzər uzunmüddətli qarşıdurmaya çevrilə bilər. Digər tərəfən də region parçalanır və Körfəz, Levant, Qafqaz və Qırmızı dəniz xətti risk altında qalır.

Ehtimal edirəm ki, atəşkəs müharibənin sonu deyil, növbəti mərhələsinin başlanğıcıdır”.

Tarix
2026.04.10 / 08:00
Müəllif
Ləman Cavadova
Digər xəbərlər

İranın tələbi rədd ediləcək, İsrail dayanmayacaq - Ekspert

ABŞ hədəfinə çatmadı, müharibə davam edəcək - Politoloq

Azərbaycan, Rusiya və Gürcüstan... - Paşinyan

Azərbaycan və Pakistan XİN başçıları danışdı

Türkiyə Azərbaycanın istəmədiyi heç bir prosesdə yer almır

Bu türk ölkəsi də “Tramp yolu”na maraq göstərir

Trampın İranla bağlı dəhşətli planı: Müharibə bitməyib!

Türkiyənin qəzaya uğrayan C-130 təyyarəsi: Terakt olub?

Prezident Türkiyənin daxili işlər nazirini qəbul etdi

İlham Əliyev Litvanın baş nazirini qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla