Yuxarı

Tramp “bacardı”: Artıq Avropa ABŞ-ı düşmən sayır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tramp “bacardı”: Artıq Avropa ABŞ-ı düşmən sayır

13-21 mart tarixləri arasında “Avropanın Nəbzi”nin (European Pulse”) apardığı sosioloji araşdırmaya görə, ABŞ Prezidenti Donald Tramp vəzifədə olduğu on səkkiz ay ərzində avropalıların ölkəsinə münasibətini kökündən dəyişdirə bilib. İndi AB ölkələrində əhalinin əksəriyyəti Amerikanı tərəfdaş deyil, Avropaya təhlükə kimi qəbul edir. Onlar Çindən daha çox ABŞ-dan qorxurlar. Lakin Trampın “səylərinə” baxmayaraq, görünür, o, Rusiyanı zirvə mövqeyindən sıxışdıra bilməyəcək: Moskva həmişə AB vətəndaşlarının nöqteyi-nəzərindən əsas təhlükə olub və olaraq qalır.

Axar.az xəbər verir ki, ümumilikdə 6698 nəfərin iştirak etdiyi sorğuya əsasən, ispanların 51%-i (və daha 16%-i onu rəqib hesab edir), italyanların 46%-i (18%-i onu rəqib hesab edir), belçikalıların 42%-i (25%-i onu rəqib hesab edir), fransızların 37%-i (29%-i onu rəqib hesab edir) və almanların 30%-i (32%-i onu rəqib hesab edir) ABŞ-ı Avropanın düşməni hesab edir.

“ABŞ-ı yaxın müttəfiq və tərəfdaş hesab edənlərin sayı xeyli azdır. ABŞ-ı yaxın müttəfiqi hesab etməyə ən az meyilli olanlar alman və belçikalılardır (hər biri 8%). Bu sorğuda Polşa fərqlənib, respondentlərin yalnız 13%-i ABŞ-ı Avropanın düşməni və ya rəqibi hesab edib. Bununla belə, polşalıların 34%-i Amerikanı tərəfdaş, 24%-i isə yaxın müttəfiq hesab edir. Lakin əhalisi ənənəvi olaraq amerikalılara çox rəğbət bəsləyən Polşa üçün ABŞ-dan narazı olanların hətta 13%-i belə yüksək rəqəmdir”, - məlumatda deyilib.

Tarix
2026.04.10 / 11:34
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Mehdiyev çevriliş etsəydi, onlara vəzifə verəcəkdi - Siyahı

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

Çin bu təcrübəni Azərbaycanla bölüşməyə hazırdır - Səfir

Sinin Trampa İran müharibəsi ilə bağlı mesajı...

Konqresin erməni şəbəkəsi: Bakıya qarşı oyun başlayır

Bakı-Ankara münasibətləri Astananı da narahat edir

Azərbaycan şirkətlərini Ukraynaya dəvət edirik - Şmıqal

ABŞ-da seçki: Demokratlar qalib gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla