Yuxarı

Türkiyə Suriyaya 35 minlik ordu yeridə bilər

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyə Suriyaya 35 minlik ordu yeridə bilər

İngiltərənin "Faynənşl Tayms" qəzeti Türkiyənin Suriyanın şimalında təhlükəsiz bölgə yaratmaq planına ABŞ-ın isti baxmadığını yazıb.

Axar.az xəbər verir ki, Rəcəb Tayyib Ərdoğanın G20 zirvəsində Barak Obama ilə görüşünü şərh edən qəzet Suriya əməliyyatlarının uzun illər davam edə biləcəyini vurğulayıb:

"Ərdoğan bu tələblə ölkəsinin Suriyadakı rolunu artırmaq niyyəti güdür. ABŞ isə bir müddətdir Türkiyəni Suriyanın şimalını terrorçulardan təmizləməyə çağırır. Ancaq Vaşinqton burada təhlükəsiz bölgənin yaradılması planına qarşı israrla çıxır. ABŞ koalisiyanın bölgədə daha böyük hərbi məsuliyyətə girməsindən qorxur.

Təhlükəsiz bölgə indiyə qədər misli görünməmiş uğurla irəliləyən Türkiyənin müharibədə çox önəmli bir oyunçu olmaq anlamına gəlir.

Türkiyənin dəstəklədiyi Azad Suriya Ordusu (ASO) Cerablusdan sonra cənubda Menbic və İŞİD-in əlindəki Əl Baba yönələcək. Bu planlar gerçəkləşərsə, ASO kritik həddə kürdlərə yaxınlaşacaq.

Bu vəziyyət Türkiyənin Suriyadakı əməliyyatlarının miqyasının genişlənməsinə səbəb ola bilər. Həm də bu, Türkiyə ordusunu ASO-ya müharibənin sonuna kimi dəstək verməyə məcbur edəcək.

Belə bir əməliyyat baş tutarsa, ən azı 35 minlik türk ordusunu Suriyada görəcəyik".

Tarix
2016.09.08 / 09:18
Müəllif
Hacı Qulu
Digər xəbərlər

Azərbaycan məktəblərində hicab qadağası... - Saakaşvili

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Fələstinin erməni əsilli XİN rəhbəri Bakıya gəlir

Əminəm ki, Laosla ikitərəfli əməkdaşlıq... - Prezident

Azərbaycan ilə Laos arasında Birgə Bəyanat...

Prezidentlərin geniş tərkibdə görüşü oldu

Paşinyan: Azərbaycanla sülh “təməl daşı” olacaq

Prezidentlərin təkbətək görüşü oldu

Laos prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi - Foto

Musayev erməni qadını niyə vurduğunu açıqladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla