Yuxarı

Dünya nəhəngləri Körfəzdən Türkiyəyə köçür

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dünya nəhəngləri Körfəzdən Türkiyəyə köçür

Yaxın Şərqdəki gərginlik və İranın Körfəzdəki Amerika texnologiya şirkətlərinin data mərkəzlərinə hücumları fonunda Qərb bulud məlumat mərkəzi infrastrukturunu Türkiyəyə köçürməyi düşünür.

Axar.az “Türkiyə” qəzetinə istinadla xəbər verir ki, 3 milyard dollarlıq “Quql Kloud-Türksell” (“Google Cloud-Turkcell”) mərkəzinin təməlqoyma mərasimi may ayında Ankarada keçiriləcək və bu, Türkiyəyə rəqəmsal miqrasiya istiqamətində atılan ilk konkret addım olacaq.

Qəzet qeyd edib ki, “Ulduz qapısı” (“The Stargate”) layihəsinin bir hissəsi olaraq, Körfəz dövlətləri 2030-cu ilə qədər 500 milyard dollarlıq “rəqəmsal ekosistem” yaratmağa, vergi güzəştləri və ucuz enerji ilə texnologiya nəhənglərini cəlb etməyə çalışıblar. Lakin regiondakı qeyri-sabitlik bütün bu planları pozub.

Qəzet mürəkkəb fiber-optik xətlərdən, nəhəng soyutma sistemlərindən və dənizaltı kabellərdən istifadə edən data mərkəzlərinin təkcə fiziki hücumlara deyil, həm də elektrik kəsintilərinə qarşı olduqca həssas olduğunu qeyd edir.

Nəşr Birləşmiş Ərəb Əmirliklərində və Bəhreyndə müxtəlif süni intellekt modellərinin hazırlanması və inkişafı üçün istifadə edilən data mərkəzlərinə İranın kamikadze-dron hücumlarına diqqət çəkib. Qeyd olunub ki, bu, bulud xidmətlərini iflic edib və regionda genişmiqyaslı texnologiya investisiyalarının gələcəyi ilə bağlı suallar yaradıb.

Yaranan bu şəraitdə Ankara vəziyyətdən faydalanmağa çalışır.

Məqalədə Türkiyənin xəzinədarlıq və maliyyə naziri Mehmet Şimşəyin xüsusi data mərkəzinin təşviqi paketi üzərində iş elan edilməsinə dair son açıqlaması vurğulanır:

“Türkiyənin potensialı rəqəmsal sənaye nəhənglərinin radarındadır. “Quql Kloud” və “Türksell” Ankarada data mərkəzi yaratmaq üçün genişmiqyaslı investisiya müqaviləsi imzalayıb. Lakin Türkiyə regionda yeganə aktor deyil. “Maykrosoft” Yunanıstanda yeni bulud zonaları yaradır və digər nəhənglər Polşa da daxil olmaqla, Şərqi Avropa ölkələrində də eyni şeyi edir. Türkiyənin bu rəqəmsal yarışda aparıcı rol oynaması üçün sadə bir “təhlükəsizlik çətiri” kifayət deyil. İnvestorlar nüvə enerjisinin davamlı inkişafını, vergi güzəştlərini və “proqnozlaşdırıla bilən” tənzimləyici çərçivəni gözləyirlər. Bu sahələrdə qətiyyətli addımlar Türkiyəni süni intellekt dövründə qlobal data mərkəzinə çevirə bilər".

Tarix
2026.04.12 / 13:13
Müəllif
Axar.az
Digər xəbərlər

Bu işi Ermənistan hökuməti öz üzərinə götürəcək - Paşinyan

Ağ Ev Ərdoğan adından paylaşdı - Ankara sildirdi

Azərbaycan Pakistana başsağlığı verdi

İran səfiri konsulumuza görə başsağlığı verdi

Azərbaycan dəmir yolu Ermənistana açıqdır – Paşinyan

Bu kəndlərin Azərbaycana qaytarılmasından 2 il ötür

Naxçıvan hava limanı niyə riskli sayılır? – Səbəb

AZAL rəhbəri aviabiletlərin qiymətindən danışdı

Rusiya AZAL-a görə kompensasiyanı nə vaxt verəcək?

Bayrağımızı yerdən qaldıran məktəbli mükafatlandırıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla