Yuxarı

Türkiyə Avropada təsirini gücləndirir: Mühüm dəyişikliklər...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyə Avropada təsirini gücləndirir: Mühüm dəyişikliklər...

Türkiyə NATO-nun gələcəyi ilə bağlı artan qeyri-müəyyənlik və ABŞ Prezidenti Donald Tramp tərəfindən səsləndirilən tənqidlər fonunda Avropanın müdafiə sistemində daha mühüm rol tutmaq üçün səylərini gücləndirir.

Axar.az xəbər verir ki, bu barədə “Defens Nyus” nəşri qeyd edib.

Vurğulanır ki, Ankara son illərdə müdafiə sənayesində əldə etdiyi nailiyyətlərə arxalanır və bu sahədə mövqeyini əhəmiyyətli dərəcədə gücləndirib:

“Hərbi texnologiyaların inkişafı və silah istehsalının artması Türkiyəni öz təhlükəsizliyini möhkəmləndirmək yollarını axtaran Avropa ölkələri üçün getdikcə daha cəlbedici tərəfdaşa çevirir. Bu fonda Avropa paytaxtlarında Türkiyə ilə əməkdaşlığın genişləndirilməsi imkanları daha tez-tez müzakirə olunur. Buraya birgə müdafiə layihələri və proqramlar çərçivəsində əməkdaşlıq da daxildir”.

Məqalədə bildirilir ki, Ankaranın hərbi texnologiyalara verdiyi töhfə artıq NATO komandanlığı səviyyəsində də tanınır və bu, onun Avropa müdafiəsində daha fəal iştirak etməsi üçün arqumentlərini gücləndirir:

“Bununla belə, Türkiyənin bəzi Avropa Birliyi ölkələri ilə münasibətləri gərgin olaraq qalır ki, bu da xüsusilə Avropa Birliyi strukturları çərçivəsində həyata keçirilən müdafiə təşəbbüslərində iştirakını çətinləşdirir.

Türkiyənin rolunun artması alyans daxilində daha geniş dəyişikliklər fonunda baş verir. Donald Trampın NATO-nun effektivliyini şübhə altına alan və müttəfiqlərdən daha çox iştirak tələb edən ritorikası Avropada ABŞ-ın təhlükəsizlik zəmanətlərinin etibarlılığı ilə bağlı narahatlıqları daha da artırır”.

Tarix
2026.04.14 / 09:00
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Prezident onu Türkiyəyə səfir təyin etdi

Prezident onu Özbəkistana səfir göndərdi

İlham Əliyev Mirziyayevin ad gününü təbrik etdi

Ukrayna Sankt-Peterburqa zərbə endirdi - Video

Azərbaycanın Gürcüstana münasibəti... - Kavelaşvili

MN təsdiqlədi: Öz qırıcımızdır, təlim-məşq uçuşudur - Təcili

Rubio Lavrovu pərt elədi - Son ümid puç oldu

Azərbaycan və Rusiya iqlim dəyişikliyini müzakirə etdi

Azərbaycanla sıx əlaqələrimiz var - Kobaxidze

Araz Ağalarov dövlət şirkətini məhkəməyə verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla