Yuxarı

ABŞ İranın Hörmüz planlarından illər əvvəl xəbərdar idi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ İranın Hörmüz planlarından illər əvvəl xəbərdar idi

İranın Hörmuz boğazı vasitəsilə qlobal bazarlara təzyiq ssenarisi ABŞ-da hələ on ildən çox əvvəl müzakirə olunub.

Axar.az xəbər verir ki, bu barədə analitik İlan Berman “Forbes” üçün yazdığı məqalədə bildirib.

Onun sözlərinə görə, təxminən on beş il əvvəl ABŞ Mərkəzi Komandanlığına (CENTCOM) səfəri zamanı o, İran məsələsi ilə məşğul olan yüksək vəzifəli bir nümayəndə ilə söhbət aparıb.

“İran dosyesi ilə yaxından məşğul olan yüksək rütbəli hərbi məmurla açıq söhbətim oldu. Hətta o vaxt belə rejimin enerji silahı ABŞ-ın strateji düşüncəsində mühüm yer tuturdu”, – deyə Berman qeyd edib.

Ekspert həmsöhbətinin sözlərini sitat gətirərək yazır ki, ABŞ hərbçilərinin əsas narahatlığı Hörmüz boğazının tam bağlanması yox, onun qəsdən “daraldılması” idi. Söhbət İranın minalama, hərbi təlimlər keçirmə və ya keçən gəmiləri təqib etmə kimi üsullardan istifadə edə biləcəyi ssenaridən gedir.

“Minalama, hərbi-dəniz təlimləri və tranzitlə keçən gəmilərin təqibi kimi taktikalardan istifadə etməklə Tehran neft axınını elə məhdudlaşdıra bilərdi ki, dünya bazarında qiymətlər kəskin artsın, amma eyni zamanda Vaşinqtona açıq hərbi müdaxilə üçün aydın səbəb verməsin,” – deyə müəllif vurğulayıb.

Tarix
2026.04.16 / 07:00
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla