Yuxarı

Trampın siyasətindən ən böyük ziyanı bu ölkə görür - Toveri

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Trampın siyasətindən ən böyük ziyanı bu ölkə görür - Toveri

Avropanın Ukrayna üçün daha çox iş görmək imkanları var, lakin Rusiyaya qarşı müharibəni dayandırmağa hələ də kifayət qədər siyasi iradə və aydın strategiya çatmır.

Axar.az xəbər verir ki, bu sözləri finlandiyalı deputat, sabiq hərbi kəşfiyyat rəhbəri Pekka Toveri deyib.

Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp administrasiyasının yanaşması Avropa üçün ciddi xəbərdarlıq siqnalı olmalıdır.

Siyasətçi vurğulayıb ki, Trampın xarici siyasətindən ən böyük ziyanı məhz ABŞ-ın özü görür, çünki ittifaqlar etimada əsaslanır. O əlavə edib ki, əksinə, Avropa bir çoxlarının düşündüyündən daha müstəqil hərəkət etmək gücünə malikdir.

“Biz Ukraynanı dəstəkləyə bilərik, bunun üçün resurslarımız var. Bu, problem deyil”, – deyə o qeyd edib.

Toveri həmçinin ABŞ olmadan Avropanın müdafiəsiz qalacağı barədə fikirləri rədd edib və əlavə edib ki, NATO-nun Avropa üzvü ölkələri adi silahlı qüvvələr baxımından hələ də Rusiyaya qarşı üstünlüyə malikdir. Baxmayaraq ki, kəşfiyyat, havada yanacaq doldurma və uzaqmənzilli sistemlər kimi sahələrdə müəyyən boşluqlar qalmaqdadır.

Tarix
2026.04.17 / 08:30
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla