Yuxarı

Lukaşenko müharibə istəmir, Rusiyadan uzaqlaşır - Qamaş

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Lukaşenko müharibə istəmir, Rusiyadan uzaqlaşır - Qamaş

Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəni real müharibə vəziyyətinə gətirmək niyyətində deyil, çünki buna ehtiyacı yoxdur.

Axar.az xəbər verir ki, bunu ukraynalı analitik və jurnalist Sergey Qarmaş bildirib.

Ekspert qeyd edib ki, hazırda təhlükəsizliklə bağlı vəziyyət qızışdırılır:

“Lukaşenko nüvə silahı ilə hədələməyə başlayır. Halbuki o, bu silaha nəzarət etmir: düymə Moskvada qalır, əgər ümumiyyətlə Belarus ərazisində belə silah varsa...”

Bundan əlavə, Qarmaşın sözlərinə görə, Lukaşenko Ukrayna ərazisinə uzanan yolları hazırlayır və bu işlər Rusiya vəsaiti hesabına görülür. Amma bu yollarla mütləq hərbi texnikanın hərəkət edəcəyi dəqiq deyil:

“Məncə, Lukaşenko müharibə aparmaq istəmir. Buna ehtiyacı yoxdur. O, artıq bu vəziyyətin Rusiya üçün nəticələrini görüb. Üstəlik, Lukaşenko hazırda Rusiyadan müəyyən qədər uzaqlaşır”.

Qeyd edək ki, bir müddət öncə Belarus ehtiyatda olan zabitlər üçün çağırış elan edib. Bundan əvvəl isə Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyanın yenidən Belarusu Ukraynaya qarşı müharibəyə cəlb etməyə çalışdığı barədə açıqlama verib.

Tarix
2026.04.21 / 08:30
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla