Yuxarı

İran ən çox zərbələri öz müttəfiqinə endirdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İran ən çox zərbələri öz müttəfiqinə endirdi

Yaxın Şərqdəki müharibələr BRİKS təşkilatını çətin vəziyyətə salıb. Məsələ burasındadır ki, təşkilatın yeni üzvləri arasında İran və Birləşmiş Ərəb Əmirlikləri də var. İranın son müharibədə ən çox raket və dron atdığı ölkə məhz Birləşmiş Ərəb Əmirlikləri olub.

Axar.az xəbər verir ki, bu sözlər Atlas Araşdırmalar Mərkəzinin analizində əksini tapıb.

Təhlildə bildirilib ki, BRİKS ABŞ-ın və İsrailin İrana qarşı müharibəsinin əleyhinə olsa da, Birləşmiş Ərəb Əmirliklərinin bombalanmasına dəstək verə bilməzdi:

“Odur ki, təşkilatın vahid açıqlamasının əvəzinə BRİKS üzvləri ayrı-ayrılıqda müharibəylə bağlı bəyanatlar yayımlayıblar.

BRİKS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır. 2026-cı ilin yanvar ayından BRİKS (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası) təşkilatında sədrlik Hindistana keçib. Bu ilin sentyabr ayında Yeni Dehlidə təşkilatın sammiti keçiriləcək. Hindistanda keçiriləcək sammitdə əsas diqqət üzv ölkələr arasında ticarət və maliyyə məsələlərinin həllinə yönələcək. Üzv ölkələr milli valyutalar əsasında ticarəti təmin etməyə və dollardan asılılıqlarını azaltmağa çalışırlar. Bu məqsədlə rəqəmsal valyutalarla hesablaşmağın vacibliyi üzərində müzakirələr gedir. Üzv ölkələrin məqsədi SWIFT-ə alternativ hesablaşma sisteminin formalaşdırılmasıdır. Ancaq bu asan başa gəlməyəcək.

ABŞ tarixən dolların statusunu yüksək və milli təhlükəsizliyinin, o cümlədən iqtisadi dominantlığın dayağı kimi görüb. ABŞ Prezidenti Donald Tramp ticarətdə dollardan imtina etməyə çalışan ölkələri sanksiyalarla hədələyib. BRİKS ölkələrinin əksəriyyəti ABŞ-la ticarət əlaqələrinin genişlənməsində maraqlıdırlar. Odur ki, həmin dövlətlərin dollardan tamamən imtinası çətindir”.

Tarix
2026.04.21 / 21:52
Müəllif
Axar.az
Digər xəbərlər

Mikayıl Cabbarov Pəncab əyalətinin baş naziri ilə görüşdü

Sudanla saziş imzalandı: bu şəxslər üçün viza ləğv edildi

Şanxay Mükafatını tanıtmaq üçün bu tədbiri fürsət bilirik...

Rusiya və İranın məğlub olmasına imkan verməyən ölkə...

Şad xəbər: Quru sərhədlər açılır - Ekspert

Şəhərlər xalq tərəfindən qurulur və xalq üçündür - Şenqyun

Hikmət Hacıyevdən quru sərhədlərlə bağlı açıqlama

Dünya Şəhərlər Günü 2026-cı ildə Çində keçiriləcək

İlham Əliyev Tomaş Tarabanı qəbul etdi

Azərbaycana qərəzli yanaşanlara qrant verənlərin sayı...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla