Yuxarı

Ruslar Kupyanska bayraq sancmaq istədi, 50 hərbçi öldü

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ruslar Kupyanska bayraq sancmaq istədi, 50 hərbçi öldü

Rusiya qoşunları Kupyansk istiqamətində hücumların sayını tədricən artırır. Düşmən Xarkov vilayətinin Kupyansk şəhərinə Oskol çayının həm sağ, həm də sol sahilindən yaxınlaşmağa çalışır.

Axar.az xəbər verir ki, bu barədə Ukraynanın 43-cü mexanikləşdirilmiş briqadasının zabiti Artur Martirosyan məlumat verib.

Onun sözlərinə görə, iki gün əvvəl Kupyanskda növbəti “bayraq sancma” cəhdi olub:

“Beş nəfərlik qrup idi. Üçü hələ yaxınlaşarkən məhv edildi. İkisi isə Kupyanska çataraq Rusiya bayrağını qaldırmaq istəyirdi. Onlar beşmərtəbəli binaya daxil oldular və həmin bina da zərbə altına düşdü. Onlardan biri təslim olmaq qərarına gəldi, digəri isə beşinci mərtəbənin pəncərəsindən atıldı”.

O qeyd edib ki, ümumilikdə bir həftə ərzində rusların 50-yə yaxın hərbçisi məhv edilib.

Tarix
2026.04.23 / 08:30
Müəllif
Axar.az
Digər xəbərlər

Sərhəddə azərbaycanlı sürücülər çətin vəziyyətdə - Video

Vahid Ələkbərov amerikalı ilə razılaşdı: 10 milyardlıq satış

Təsdiqləndi, prezident Azərbaycana gələcək

Azərbaycanda hakimlərin xidmət haqqı bu qədər olacaq

Bu, İlham Əliyevin strateji baxışı əsasında qurulur

İlham Əliyevin Kestutis Budrisi qəbuluna dair - Video

İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi

Litvalı nazirdən Azərbaycan vətəndaşlarına müjdə: Viza...

Kəlbəcər bir güllə atılmadan Azərbaycana təhvil verildi

Əli Əsədov Boçorişvili ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla