Yuxarı

Orban getdi, Ukrayna ilə bağlı bu proses sürətləndi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Orban getdi, Ukrayna ilə bağlı bu proses sürətləndi

Avropa Birliyi liderləri Ukraynanın AB-yə üzvlük prosesinin birinci mərhələsinə başlamaq üçün ilkin şərtlərin formalaşdığını bildiriblər ki, bu da Ukrayna Prezidenti Vladimir Zelenskinin ölkəni bloka daxil etmək səylərinə ciddi dəstək sayılır.

Axar.az xəbər verir ki, bu barədə “Blumberq” agentliyi məlumat yayıb.

Nəşr qeyd edir ki, Kiprda keçirilən sammitdə liderlər razılaşıblar ki, üzvlüklə bağlı ilk danışıqlar yaxın həftələr və ya aylar ərzində başlaya bilər. Bu barədə AB nümayəndəsi məlumat verib.

Bununla belə bildirilib ki, Ukraynanın AB-yə qəbul olunacağı konkret tarixlə bağlı hələ heç bir vəd verilməyib. AB-yə son qoşulan ölkə olan Xorvatiyanın üzvlük prosesi təxminən on il çəkmişdi.

“Genişlənmə ilə bağlı səylərin yenidən aktivləşməsi Rusiyaya qarşı yeni sanksiyalar paketinin razılaşdırılması və kredit blokadasının aradan qaldırılmasından sonra baş verib. Bu, qismən Macarıstanın Baş naziri Viktor Orbanın seçkilərdə məğlubiyyəti ilə əlaqələndirilir.

Kiyev və Brüsseldəki rəsmilər ümid edirdilər ki, Orbanın hakimiyyətdən getməsi üzvlük prosesini sürətləndirəcək, xüsusilə də Ukraynanın AB meyarlarına uyğunluğunun rəsmi qiymətləndirilməsi məsələsində. Orban bu prosesi də bloklayırdı.

Gözlənilir ki, bu ay Orban üzərində inamlı qələbə qazanan Peter Magyar mayın əvvəlində Macarıstanın yeni baş naziri kimi and içəcək. Lakin Orbandan başqa da maneələr qalmaqdadır.

Vacib məqam odur ki, danışıqların başlanmasına razılıq verilsə də, bir çox üzv dövlətlər müraciət prosesini sürətləndirməkdə maraqlı deyillər. Bu proses adətən uzun illər davam edir. Ukraynanın üzvlük müraciəti xüsusilə həssasdır, çünki bunun AB büdcəsinə, eləcə də kənd təsərrüfatı və nəqliyyat sektorlarına mümkün təsiri ilə bağlı narahatlıqlar var”, - nəşr vurğulayıb.

Tarix
2026.04.25 / 09:26
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Bakı hər şeyi eşidir - Qasparyan

Prezident Gülərin ailəsinə traktor hədiyyə etdi - Video

Azərbaycan Əfqanıstanı təbrik etdi - Foto

Deputatlarımız bu türk ölkəsində seçkiləri müşahidə edəcək

Azərbaycan əmindir ki, biz uduzacağıq - Video

Rusiyadan Bakının rus jurnalistlərlə bağlı qərarına reaksiya

Pezeşkianla Əliyevin söhbətindən sonra yeni səhifə açıldı

Azərbaycan əleyhinə çıxışlar edən Çadayev istefa verdi

Bunu Əliyevə təqdim etməkdən şərəf duydum - Norman

Yuşenko İlham Əliyevlə görüşündən yazdı: 20 ildən çoxdur...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla