Yuxarı

“Hilton”da atəş Trampın xeyrinə oldu - İki mühüm səbəb

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Hilton”da atəş Trampın xeyrinə oldu - İki mühüm səbəb

Vaşinqtonda ABŞ prezidentinin iştirakı ilə keçirilən şam yeməyində açılan atəşin arxasındakı qüvvə(lər) bəlli olmasa da, hücumun Tramp və komandasına sərf etdiyi aydın görünür. Hücumdan dərhal sonra Trampın demokratlar tərəfindən etirazla qarşılanan Ağ Evdə 400 milyonluq bal zalı inşa etmək təklifi respublikaçıların dəstəyi ilə yenidən aktuallaşdı. Tramp şam yeməyinin hücumun baş verdiyi “Hilton”da yenidən keçirilməsinin təhlükəsizlik baxımından nə qədər risksiz olduğu haqda suala “min otağınız olduqda təhlükəsizlik həmişə çətinlik yaradır” sözləri ilə həm də Ağ Evdə zalın inşa edilməsinin “vacib olduğu”na diqqət çəkirdi.

Hərçənd, ABŞ prezidenti və administrasiya üzvlərinin hədəfə alınması ilə təkcə sözügedən layihə arasında paralellik aparmaq yetərli deyil. Bu hücum Tramp komandası üçün xüsusilə iki kontekstdə üstünlük deməkdir.

Birincisi, “Epşyetn işi”, ardınca İrana hücum məsələsinə görə ictimai rəydə mövcud administrasiya əleyhinə körüklənən narazılıq müvəqqəti də olsa, arxa plana keçir, əvəzində ikinci dəfə sui-qəsdə məruz qalan Tramp haqqında “ABŞ maraqları uğrunda mübarizə apardığı üçün öldürmək istəyirlər” fikri önə çıxır.

İkincisi, İran faktorudur: artıq İran amili ilə bağlı müəyyən ehtimallar gündəmə gətirilir və bu, Trampın apardığı müharibə ilə bağlı ABŞ ictimai rəyini yönləndirmək imkanları yaradır; ABŞ prezidenti daha öncə İranın onu öldürmək istədiyi haqda iddialar səsləndirmişdi, bu hücumdan da eyni təbliğatda istifadə edilməsi də istisna edilməməlidir.

Lakin hücumun nəticəsinin Tramp administrasiyasına sərf etməsi onun “ssenari” olduğu fikrini təsdiqləmir, xüsusilə ABŞ-ın keçmiş təcrübəsi və mövcud administrasiyanın siyasətinin siyasi qüvvələr arasında narazılıq yaratması fonunda. Trampın “Vaşinqton bataqlığı” adlandırdığı sistemə qarşı mübarizəsi onu hədəfə çevirib, bu kontekstdə siyasi və informasiya hücumlarından sonra praktiki hücum taktikasının da işə salındığı mümkün versiyalar arasındadır.

Tarix
2026.04.27 / 07:00
Müəllif
Asif Nərimanlı
Digər xəbərlər

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla