Yuxarı

Pezeşkian Xamenei ilə görüşdü: iki saat yarım...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Pezeşkian Xamenei ilə görüşdü: iki saat yarım...

İran Prezidenti Məsud Pezeşkian ölkənin ali rəhbəri Ayətullah Müctəba Xamenei ilə görüşüb.

Axar.az APA-ya istinadla xəbər verir ki, Pezeşkian İranın Sənaye, Mədən və Ticarət Nazirliyinin məsul şəxsləri ilə görüşündə bu məsələyə toxunub.

O, İranın ali rəhbəri ilə görüşünün səmimi atmosferdə keçdiyini bildirib:

“Bu yaxınlarda ali rəhbər Ayətullah Seyid Müctəba Xamenei ilə görüş keçirdim. Görüş səmimi şəraitdə baş tutdu və müzakirələr təxminən iki saat yarım davam etdi”.

Pezeşkian qeyd edib ki, görüş qarşılıqlı hörmət mühitində baş tutub.

İran prezidentinin sözlərinə görə, düşmənlərin əsas məqsədi ictimai narazılıq yaratmaq, insanları küçələrə çıxarmaq, idarəetmə strukturunu zəiflətmək və nəticədə ölkəni parçalamaq idi:

“Lakin İran xalqı ordu, hüquq-mühafizə orqanları və təhlükəsizlik qüvvələri ilə birlikdə vəziyyəti ən yaxşı şəkildə idarə etdi və bu ssenarilərin gerçəkləşməsinə imkan vermədi”.

Tarix
2026.05.07 / 14:56
Müəllif
Axar.az
Digər xəbərlər

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

Pilotun aşkar edilməsi tapşırıqları icra olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla