Yuxarı

Paşinyanın maskası düşdü: Seçkidə qalib gəlsə...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Paşinyanın maskası düşdü: Seçkidə qalib gəlsə...

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanın düşmənidir. Əgər Paşinyan qarşıdan gələn parlament seçkisində qalib gəlsə, Rusiya nəticələri rəsmən tanımamalıdır.

Axar.az xəbər verir ki, bunu Rusiyanın hakim Vahid Rusiya fraksiyasının üzvü, Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini Konstantin Zatulin deyib.

O bildirib ki, Paşinyan heç vaxt antirusiya fikirlərini gizlətməyib və onun yenidən seçiləcəyi təqdirdə Ermənistanla Rusiya arasında tam qopma tendensiyası davam edəcək:

“O, Rusiyanın qeyd-şərtsiz düşmənidir, bir müddət hakimiyyətdə olandan sonra öz niyyətlərini, məqsədlərini kamuflyaj etmək məcburiyyətində qalmışdı. Onun öyrəşəcəyi, heç bir yerə getməyəcəyi ümidi ilə özümüzü sakitləşdirdik. O isə bizdən istifadə etdi. Paşinyan baş nazir olana qədər fikirlərini heç gizlətmirdi. O, “bütün keçmişdən, Rusiyadan qurtulmaq lazımdır, KTMT-dən çıxmaq lazımdır, Avrasiya İttifaqından çıxmaq lazımdır, Gümrüdəki rus bazasını çıxarmaq lazımdır” deyə yazırdı. Paşinyanın hakimiyyətə gəldikdən sonra birdən-birə bizim tərəfimizə keçəcəyini və ya inanclarını unudacağını düşünürdük, bu, sadəcə şüurun bulanması idi. O, şübhəsiz ki, hiyləgərdir. Ona görə də Paşinyan bütün bunları mütləq ucadan deməz, xüsusən də Kremldə Vladimir Putinlə görüşəndə. Amma indi bu maskaları da atıb. O, bu kursu getdikcə daha aqressiv, geniş miqyasda həyata keçirməyə başladı”, - o bildirib.

Tarix
2026.05.08 / 15:08
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Forumda sənədlər mübadilə edildi - Foto

Təhsil bir nömrəli prioritetdir - İlham Əliyev

Özünüz yoxlayın, saxta xəbərlərə etibar etməyin!

İlham Əliyev: Azərbaycan yeganə ölkədir ki...

Bakıda foruma qatılanların aktivləri 30 trilyon dollardır

Bizim regionda geosiyasi vəziyyət dəyişsə...

Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir

İlham Əliyev bu tədbirdə iştirak etdi - Video

Prezident: Biz onu bir gündə sıfırlaya bilərik

Bu gün iki mühüm müqavilə imzalanacaq - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla