Yuxarı

İsland qızı alan miqrantlara ilə 60 min veriləcək?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İslandiya Xarici İşlər Nazirliyi hökumətin onların qadınları ilə evlənmək istəyən əcnəbi kişilərə maliyyə kompensasiyası təklif etməsi xəbərini təkzib edib.

Sputnik xəbər verir ki, əslində hökumətin belə bir qərar verməsi maliyyə çətinlikləri ilə üzləşən İslandiyada məntiqi olmasa da, island qızları xeyli sevindirmiş olardı. Saytın xəbərinə görə, belə bir məlumat yayılıb ki, İslandiyanın hakimiyyət orqanları island qızlarla evlənməyə qərar verən immiqrant kişilərə ayda 5000 ABŞ dolları dəyərində birdəfəlik müavinət ödəmək fikrindədir. İddiaya görə, hökumətin bu alicənab addımı atmasına səbəb öz gözəllikləri ilə hər kəsi valeh edən island qızların kəşf olunmamasıdır. Çünki İslandiyada kişilərin sayı az olduğundan, qızlar ərə getmək imkanından məhrumdurlar.

Əslində bu ideya "thespiritwhispers.com" internet saytında yayınlanan bir ingilis hekayəsindən qaynaqlanıb. Orada qeyd olunub ki, Şimali Afrikadan olan kişilər pul amilini evlənmək üçün prioritet hesab edirlər. Afrika ölkələrindən, xüsusilə də Nigeriyadan İslandiyaya hər il xeyli turist gəldiyindən, hesab olunub ki, onları pulla island qızlarla evlənməyə şirnikləndirmək olar.

İslandiya XİN bildirib ki, İslandiyada kişilərin az olduğuna dair iddialar həqiqətə uyğun deyil. Əslində 5 min dollar söhbətini hakerlər tərəfindən ələ keçirilmiş ingilis portalı yayıb. Ehtimala görə, bir turizm şirkəti bu yolla ölkəyə daha çox turist cəlb etmək istəyib. Çünki island qızlarla evlənərək 5 min dollar əldə etmək istəyən xeyli sayda afrikalı İslandiyaya axışsa, turizm şirkətlərinə külli miqdarda xeyir verə bilərlər.

XİN bildirib ki, ötən illərdə yaranmış iqtisadi böhran səbəbindən İslandiya ciddi maliyyə problemləri yaşayır və onun əcnəbi kürəkənlərə xərcləyəcək qədər vəsaiti yoxdur. XİN-in məlumatına görə, island qızların əcnəbilərlə evlənməsinə dair 30-40 sorğu keçirilib, eyni zamanda, sosial şəbəkələrdə çoxlu müzakirə edilib. Ola bilsin ki, 5 min dollar söhbəti bu sorğuların və müzakirələrin nəticəsində ortaya çıxıb. Amma onların heç bir əsası yoxdur.

İş o yerə çatıb ki, Danimarkanın Misirdəki səfirliyi öz Feysbuk səhifəsində sözügedən söhbətin heç bir əsasının olmadığını bəyan etmək məcburiyyətində qalıb. Çünki bu xəbərin yayılmasının ardından Danimarkanın Misir səfirliyinə İslandiyaya viza almaq üçün çox sayda kişi müraciət edib.

Tarix
2016.09.17 / 00:13
Müəllif
Axar.az
Digər xəbərlər

Bu fotoya baxın: Bu qədər lider toplanıb, ona zəng edir ki…

Xələf Xələfov Murat Nurtelu ilə görüşdü

Əliyevlə Ramanın işçi nahar əsnasında görüşü oldu

İlham Əliyev Albaniyada daha bir tədbirdə iştirak etdi - Foto

Paşinyanın kofe təklifinə Əliyevdən maraqlı cavab - Video

Bakı və İrəvanın sülh sazişi imzalamaq səyləri… - Makron

Ukraynalılar İstanbulda ruslarla tərcüməçi ilə danışır

İlham Əliyev Albaniyada özü ilə bağlı bu ifadəni işlətdi - Video

Albaniyada prezidentlərə sürpriz: İlham Əliyevin salamı... - Video

Ərdoğanın Əliyevlə görüşdə Paşinyana əl jesti… - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla