Yuxarı

Züqanovdan Paşinyanla bağlı tələb: Dayandırın!

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Züqanovdan Paşinyanla bağlı tələb: Dayandırın!

Rusiya Kommunist Partiyasının lideri Gennadi Züqanov Dövlət Dumasının plenar iclasında Ermənistanın Baş naziri Nikol Paşinyanı Moskvada qəbul etməyi dayandırmağı tələb edib.

Axar.az xəbər verir ki, bu barədə Züqanov Dövlət Dumasının iclasındakı çıxışında bildirib.

“Heç vaxt İrəvandan Qırmızı meydanı hücum altında saxlamaq üçün çağırışların eşidiləcəyini düşünməzdim”, - Züqanov Zelenskinin Avropa Siyasi Birliyinin 8-ci sammitində iştirak üçün səfər etdiyi İrəvandan verdiyi bəyanatı nəzərdə tutaraq deyib.

“Sual yaranır: İrəvanda niyə buna icazə verirlər və Moskvada Paşinyanı niyə qəbul edirlər? Mən təkid edirəm ki, bu fiqur, ona necə səs vermələrindən asılı olmayaraq, bir daha paytaxtımızda görünməsin”, - Züqanov qeyd edib.

Rusiya Kommunist Partiyası liderinin sözlərinə görə, Ermənistanın baş naziri Rusiyaya o qədər alçaldıcı və təhqiramiz sözlər deyib ki, “böyük bayram” ərəfəsində bundan artıq bir şey təsəvvür etmək çətindir.

Tarix
2026.05.13 / 16:28
Müəllif
Axar.az
Digər xəbərlər

Sərhəddə azərbaycanlı sürücülər çətin vəziyyətdə - Video

Vahid Ələkbərov amerikalı ilə razılaşdı: 10 milyardlıq satış

Təsdiqləndi, prezident Azərbaycana gələcək

Azərbaycanda hakimlərin xidmət haqqı bu qədər olacaq

Bu, İlham Əliyevin strateji baxışı əsasında qurulur

İlham Əliyevin Kestutis Budrisi qəbuluna dair - Video

İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi

Litvalı nazirdən Azərbaycan vətəndaşlarına müjdə: Viza...

Kəlbəcər bir güllə atılmadan Azərbaycana təhvil verildi

Əli Əsədov Boçorişvili ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla