Yuxarı

Ukrayna müharibəsi belə başa çatacaq - Proqnoz

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukrayna müharibəsi belə başa çatacaq - Proqnoz

Ukraynada müharibə, böyük ehtimalla, SSRİ ilə Finlandiya arasında II Dünya müharibəsinin yekunlarına əsasən bağlanan sülh müqaviləsinə bənzər ssenari üzrə başa çatacaq.

Axar.az xəbər verir ki, bu proqnozu ABŞ-ın ən böyük bankı olan "JPMorgan Chase" analitikləri hazırlayıblar.

Amerikalı analitiklərin fikrincə, müharibənin nəticəsi danışıqlar masası arxasında müəyyən olunacaq, çünki cəbhədə vəziyyət getdikcə strateji baxımdan ciddi irəliləyişlərin olmadığı çıxılmaz vəziyyəti xatırladır.

"JPMorgan Chase" analitikləri hesab edirlər ki, müəyyən kompromis əldə oluna bilər və bu çərçivədə Ukrayna hərbi neytrallığa və hərbi potensialının məhdudlaşdırılmasına razılaşacaq. Kremldə bunu öz qələbələri kimi təqdim edəcəklər, baxmayaraq ki, Moskvanın əvvəlcə ümid etdiyi Ukraynanın tam kapitulyasiyası baş verməyəcək.

Bu ssenarini amerikalı analitiklər birbaşa Finlandiyanın tarixi təcrübəsi ilə müqayisə edirlər. Finlandiya SSRİ ilə müharibədən sonra ərazisinin 10%-ni və hərbi ittifaqlara qoşulmaq imkanını itirmişdi, lakin demokratik sistemini, bazar iqtisadiyyatını və Qərblə ticarət əlaqələrini qoruyub saxlamışdı. Ukrayna ilə bağlı ssenaridə isə bu, Avropa Birliyinə tədrici inteqrasiya demək ola bilər, lakin NATO-ya üzvlük yolu, açıq qalsa belə, çox uzaq perspektivdə mümkün görünür.

Tarix
2026.05.16 / 09:00
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Lukaşenkonu təbrik etdi

Etimadın sirri: İlham Əliyevə dəstəyin səbəbləri...

Zelenski hədələdi: Ukraynanın cavabı necə olacaq?

Nazirliyin 600 minini mənimsəyən rəis sərbəst buraxıldı

Leyen Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşdı

Bayramov BMT baş katibinin xüsusi elçisi ilə görüşdü

İrəvana bunu demək üçün gəldim - Leyen

Rusiya yardım istəyir - Türk ölkəsi imtina etdi

Leyeni Bakıya gətirən mühüm səbəblər – Nələr dəyişir?

İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul etdi

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla