Yuxarı

ABŞ-dan bu ölkəyə çağırış: İran adasını ələ keçir!

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ-dan bu ölkəyə çağırış: İran adasını ələ keçir!

ABŞ Prezidenti Donald Tramp administrasiyasının nümayəndələri Birləşmiş Ərəb Əmirliklərini İranla müharibədə daha fəal iştirak etməyə və Fars körfəzində yerləşən İran adalarından birini ələ keçirməyə çağırırlar.

Axar.az xəbər verir ki, bu barədə “Telegraf” nəşri Tramp administrasiyasında təhlükəsizlik məsələləri üzrə keçmiş yüksək vəzifəli məmura istinadən məlumat yayıb.

Bildirilir ki, Trampın ətrafındakı bəzi rəsmilər BƏƏ-ni Lavan adasını ələ keçirməyə çağırıblar. Həmin ada aprel ayının əvvəlində BƏƏ tərəfindən gizli hərbi zərbələrə məruz qalıb.

Nəşr xatırladıb ki, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlara başlamasından sonra İranın cavab zərbələrinin əsas yükünü məhz BƏƏ daşıyıb. Nəticədə BƏƏ ABŞ və İsraillə münasibətləri gücləndirmək səylərini ikiqat artırıb.

Jurnalistlər əlavə ediblər ki, BƏƏ Prezidenti Məhəmməd bin Zayed ən-Nəhyan müharibənin əvvəlində Səudiyyə Ərəbistanı və Qətəri İrana qarşı əks-hücumlara qoşulmağa inandırmağa çalışsa da, buna nail ola bilməyib.

Mənbələrin sözlərinə görə, bundan sonra aprel ayının əvvəlində BƏƏ İranın bir neçə hədəfinə, o cümlədən Lavan adasına zərbələr endirib.

Tarix
2026.05.17 / 10:00
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

Pilotun aşkar edilməsi tapşırıqları icra olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla