Yuxarı

Türkiyə siyasi həyatında fırtına: parçalanma olacaq

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyə siyasi həyatında fırtına: parçalanma olacaq

Ankara Məhkəməsinin qərarı ilə CHP-nin 38-ci qurultayının nəticələrinin ləğv edilməsi, Özgür Özəlin postundan uzaqlaşdırılması və Kılıçdaroğlunun rəhbərliyə qayıtmasının hadisələrin iki istiqamətdə inkişafına yön verəcəyi görünür.

Birincisi, ana müxalifət partiyası daxilində parçalanmalar qaçılmaz olacaq.

Artıq Kılıçdaroğlunun qayıdışına etiraz edənlər var. Məhkəmənin qərarını tanımayan Özəl və komandası vəziyyəti dəyişmək üçün yeni qurultay keçirmək və nəzarəti bərpa etmək xəttini izləyəcək. Lakin 2023-cü ildən bəri geri qayıtmaq istiqamətində işləyən Kılıçdaroğlu və komandası müvəqqəti gəldikləri postu təhvil vermək niyyətində deyil. Bu vəziyyət CHP daxilində ciddi qarşıdurma və parçalanmalar vəd edir, istisna deyil ki, proses Özəl, Yavaş və İmamoğlunun yeni siyasi partiya yaratmasına doğru da inkişaf edə bilər.

İkincisi, CHP-də baş verənləri təkcə partiyadaxili mübarizə yox, postərdoğan dövrünü müəyyənləşdirəcək və varis kimi ortaya çıxacaq yeni liderin yolunu açacaq hadisə kimi qiymətləndirmək olar.

Kılıçdaroğlunun dönüşü, CHP-də mümkün parçalanmalar təbii ki, hakim partiyaya sərfəlidir. Lakin məsələ təkcə partiyalar arası siyasi mübarizədənmi ibarətdir? Türkiyənin regional və geosiyasi ambisiyaları fonunda mövcud xarici siyasət kursunun saxlanılması daxili siyasətdə müəyyən həmlələrin edilməsi zərurətini yaradır. Bu zərurətdən şəxsi və siyasi maraqlar üçün də istifadə edildiyi məlumdur, misal üçün, İmamoğlunun böyüməsinə qarşı atılan addımlar təkcə hakim partiyaya yox, Kılıçdaroğluya da siyasi gələcəyini saxlamaq baxımından sərfəli idi, hətta burada Özəlin yolunun açılması amilləri də görünürdü. İndi Özəl və komandası eyni ssenari ilə üzləşir. Və bunun uzaq perspektivdə postərdoğan dövrünə hazırlıq olduğu istisna edilməməlidir.

Tarix
2026.05.22 / 07:00
Müəllif
Asif Nərimanlı
Digər xəbərlər

Etimadın sirri: İlham Əliyevə dəstəyin səbəbləri...

Zelenski hədələdi: Ukraynanın cavabı necə olacaq?

Nazirliyin 600 minini mənimsəyən rəis sərbəst buraxıldı

Leyen Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşdı

Bayramov BMT baş katibinin xüsusi elçisi ilə görüşdü

İrəvana bunu demək üçün gəldim - Leyen

Rusiya yardım istəyir - Türk ölkəsi imtina etdi

Leyeni Bakıya gətirən mühüm səbəblər – Nələr dəyişir?

İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul etdi

Bakı qlobal qərarverici rolunda: beynəlxalq təşkilatlarda qələbələr

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla