Yuxarı

"Yaşıl kart" qaydalarında dəyişiklik edildi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Yaşıl kart" qaydalarında dəyişiklik edildi

ABŞ "Qrin kart" (Yaşıl kart) qaydalarında dəyişikliklər edib.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, bununla bağlı ABŞ-nin Vətəndaşlıq və İmmiqrasiya Xidməti (USCIS) məlumat yayıb.

Belə ki, artıq ABŞ ərazisində olan zaman "Yaşıl kart" üçün müraciət etmək mümkün olmayacaq.

Tramp administrasiyası bu ölkədə olan və "Yaşıl kart" üçün müraciət edən şəxslərdən ABŞ ərazisindən çıxmasını tələb edəcək.

Bildirilib ki, həmin şəxslər yalnız müraciətinə baxıldıqdan və qərar qəbul edildikdən sonra ABŞ-a daxil ola biləcəklər.

Bu, ABŞ-da qanuni və daimi yaşamaq və işləmək hüququ axtaran yüzminlərlə insanın həyatını kökündən dəyişdirə biləcək.

Yerli hakimiyyət orqanları bu qərarın ölkədə qanunsuz çalışan şəxslərə görə verildiyini bildirir.

USCIS nümayəndəsi Zak Kaler deyib ki, bu məsələdə fövqəladə vəziyyət halında istisnalar mümkündür:

"Əcnəbilər öz ölkələrindən "Yaşıl kart" üçün müraciət edən zaman onları ABŞ ərazisində axtarmaq məcburiyyətində qalmırıq. Bu, qanunsuz miqrasiya ilə mübarizə üsuludur".

Qeyd edək ki, ötən ilin aprel ayında Tramp ölkəsinin sərt immiqrasiya siyasəti həyata keçirmək üçün "cəsarətli ədalət sisteminə" ehtiyacı olduğunu bəyan etmişdi.

Tarix
2026.05.23 / 11:00
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla