Yuxarı

Köçəryan: Putin İrəvana gəlsə, həbs olunacaq

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Köçəryan: Putin İrəvana gəlsə, həbs olunacaq

Ermənistanın ikinci prezidenti Robert Köçəryan İrəvanın Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu ratifikasiya etməsindən sonra yaranmış vəziyyəti sərt tənqid edib.

Axar.az Musavat.com-a istinadla xəbər verir ki, Sərdarabad (Armavir) vilayətində seçkiqabağı görüş zamanı çıxış edən Köçəryan bildirib ki, Ermənistanın BCM-yə qoşulması nəticəsində Rusiya Prezidenti Vladimir Putinin ölkəyə səfəri hüquqi baxımdan problemli vəziyyətə düşüb.

Onun sözlərinə görə, hazırkı şəraitdə Ukrayna Prezidenti Vladimir Zelenski Ermənistana gələ bilər, lakin Putin üçün eyni imkan yoxdur. Köçəryan bunu “absurd vəziyyət” adlandırıb və Ermənistan rəhbərliyinin dost ölkənin liderinə münasibətdə belə addım atmasının ağır nəticələr doğura biləcəyini deyib.

Sabiq prezident vurğulayıb ki, Ermənistanın təhlükəsizliyi və iqtisadi rifahı böyük ölçüdə Rusiya ilə münasibətlərdən asılıdır. O hesab edir ki, Roma Statutunun ratifikasiyası ilə yaranmış vəziyyət yenidən nəzərdən keçirilməlidir.

Tarix
2026.05.23 / 21:27
Müəllif
Axar.az
Digər xəbərlər

İran rejiminin süqutu başlayıbmı?

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

Bu məhsulların gömrük rüsumları dəyişdi

İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı

Axtarışda olan şəxs Azərbaycana gətirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla