Yuxarı

Mirzoyan Lavrova cavab verdi: Başa düşmək üçün...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mirzoyan Lavrova cavab verdi: Başa düşmək üçün...

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan rusiyalı həmkarı Sergey Lavrovun Qərbin respublikanı "səhv məntiqə" cəlb etməyə çalışması ilə bağlı fikirlərinə cavab verib.

Axar.az Publika.az-a istinadla xəbər verir ki, Mirzoyan Ermənistanın müxtəlif ölkələrlə tərəfdaşlıq münasibətlərini dəstəklədiyini vurğulayıb.

"Bizim ABŞ və AB ilə strateji münasibətlərimiz heç bir halda Rusiyaya qarşı yönəlməyib. Gündəliyimiz şəffafdır və biz tərəfdaşlarımızla müxtəlif sahələrdə səmərəli əməkdaşlıq edirik", - deyə XİN rəhbəri bildirib.

Nazir qeyd edib ki, Ermənistanın Qərb tərəfdaşları ilə iqtisadi əlaqələrin gücləndirilməsi, demokratik institutların möhkəmləndirilməsi, rəqəmsallaşma və kibercinayətkarlıqla mübarizə kimi sahələrə diqqət yetirməsinin Moskvada niyə narahatlıq yaratdığını anlamaq onun üçün çətindir. O, Rusiyanın Ermənistanı daha yaxşı başa düşmək üçün səy göstərməli olduğunu vurğulayıb.

"Biz həm dünən, həm də bu gün rusiyalı tərəfdaşlarımızla sağlam və bərabərhüquqlu münasibətlər qurmağa davam edirik. Problemlər yarandıqda, onların həlli yollarını tapırıq", - deyə Mirzoyan əlavə edib.

O, həmçinin bildirib ki, İrəvan 10-15 ildir davam edən ərik, şərab və araq ixracı ilə bağlı problemləri Rusiya ilə müzakirə edərək müsbət nəticə əldə etmək niyyətindədir.

Xatırladaq ki, bundan əvvəl Sergey Lavrov Xarici və Müdafiə Siyasəti Şurasının assambleyasında çıxışı zamanı Qərbin Ermənistanı Rusiyaya qarşı düşərgəyə çəkməyə çalışdığını bildirmişdi. Diplomatın fikrincə, ABŞ və AB Gürcüstan, Moldova və Ukraynada olduğu kimi, Rusiyanın müttəfiqlərini, ilk növbədə isə qonşularını ondan ayırmağa cəhd edir. Lavrov Ermənistanın da eyni "səhv məntiqə" sürükləndiyini qeyd etmişdi.

Tarix
2026.05.24 / 00:33
Müəllif
Axar.az
Digər xəbərlər

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

Pilotun aşkar edilməsi tapşırıqları icra olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla