Yuxarı

CHP olayı: Qardaş ölkədə nə baş verir? - Özərin şərhi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
CHP olayı: Qardaş ölkədə nə baş verir? - Özərin şərhi

Cumhuriyyət Xalq Partiyasında (CHP) Özgür Özəlin sədr seçildiyi qurultayla bağlı bir millət vəkili etiraz ərizəsi vermişdi. İddialarda deyilirdi ki, nümayəndələrə müəyyən rüşvətlər verilib. Lakin bununla bağlı məhkəməyə heç bir konkret sübut təqdim edə bilmədilər.

Bu sözləri Axar.az-a açıqlamasında türkiyəli politoloq Engin Özər Türkiyədə baş verən son hadisələr barədə danışarkən deyib.

Onun sözlərinə görə, bundan sonra Ankaradakı yerli məhkəmələrdən biri Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) 4-5 noyabr 2023-cü il tarixlərində keçirilmiş 38-ci qurultayının nəticələrini ləğv edib, Kamal Kılıçdaroğlu yenidən sədr vəzifəsinə qaytarılıb:

“Halbuki bu qurultaydan sonra Cumhuriyyət Xalq Partiyası (CHP) Özgür Özəlin rəhbərliyi altında tarixində görünməmiş dərəcədə uğurlu nəticələr əldə etdi, xüsusilə də yerli seçkilərdə. Hətta partiyanın səs faizi iqtidar partiyasını da geridə qoydu.

Yerli məhkəmənin belə bir qərar verməsi çox da hüquqi görünmür. Çünki ortada Yüksək Seçki Qurumu kimi bir institut var. Belə qərar cəmiyyətdə ciddi sual yaratdı.

Bütün bunlar bir araya gəldikdə insanlarda belə bir fikir formalaşdı ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın zamanda növbədənkənar seçki qərarı ala və yenidən namizəd ola bilər. Burada məqsəd müxalifəti yönləndirmək, yəni seçki yarışına öz istədiyi rəqiblərlə çıxmaqdır.

Burada maraqlı məqam odur ki, küçələrə çıxan və dəstək verən insanların hamısı CHP tərəfdarı deyil. İnsanlar Türkiyədə azad seçkilərin davam etməsi üçün mübarizə apardıqlarını düşünürlər”.

Politoloq etiraz edənlər arasında liberalların, kommunistlərin, hətta mühafizəkarların da olduğunu deyir:

“Fərqli siyasi baxışlara sahib çox sayda insan bir araya gəlib. Hətta onların bəlkə də 70-80 faizi CHP tərəfdarı deyil.

Bütün bu təzyiqlər fonunda Özgür Özəl daha da güclü bir lider kimi ön plana çıxdı. Və görünən odur ki, qarşıdakı dövrdə keçirilə biləcək növbədənkənar prezident seçkilərində müxalifətin əsas namizədi ola bilər".

Tarix
2026.05.24 / 23:02
Müəllif
Sevgi İsmayılbəyli
Digər xəbərlər

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

Pilotun aşkar edilməsi tapşırıqları icra olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla