Yuxarı

Ermənistan paradda bu yeni silahlarını nümayiş etdirdi - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənistan paradda bu yeni silahlarını nümayiş etdirdi - Video

Xəbər verdiyimiz kimi, bu gün İrəvanın Respublika Meydanında Respublika Gününə həsr olunmuş hərbi parad keçirilib.

Axar.az xəbər verir ki, hərbi paradda yerli və xarici istehsal olan hərbi texnika nümayiş etdirilib.

Meydandan ilk olaraq "Volk" robot sistemi, hava hədəflərini aşkarlamaq və təyyarələrin peyk qəbuledicilərini yatırmaq üçün nəzərdə tutulmuş “Tuman” (Duman) radar sistemi, Fransanın “Bastion” və Hindistanın “Tata” zirehli maşınları, piyadaların RBOA raket buraxıcısı, TOS-1A ağır artilleriya sistemləri, "Skorpion” və Tor-M2KM zenit-raket sistemləri, eləcə də 25 km məsafədə eyni vaxtda 16 hava hədəfini vurmaq qabiliyyətinə malik “Lusan” zenit-raket sistemi və "Shchit-200" radar sistemi keçib.

Bundan əlavə, paradda "Kornet" və "Nizak" tank əleyhinə raket sistemləri, yerli istehsal olan 82 mm-lik "Hrazdan" və 120 mm-lik "Sevan" minaatanları, 122 mm-lik "Atlant" çoxməqsədli raket sistemi, 122 mm-lik "D-30" haubitsaları, "Tork" haubitsaları, 155 mm-lik "Tir" raket sistemləri, "Mher" özüyeriyən artilleriya qurğusu, 155 mm-lik "Aramazd" özüyeriyən artilleriya qurğusu, "Shant" çoxməqsədli raket sistemi və "Paylatsu" radar sistemi nümayiş etdirilib.

Dronlar da nümayiş etdirilib. Xüsusilə, "Molniya" (“İldırım”) zərbə dronu, yerli istehsal olan PUA-lar - "AW-5A" kəşfiyyat PUA-sı, "Pçela-5" (Bee-5) zərbə PUA-sı, "SPM-1" kəşfiyyat PUA-sı, "Dev-1-1" kəşfiyyat zərbə PUA-sı, "Vorot-1" antiradar sistemi, "Fırtına" kəşfiyyat PUA-sı, "BIP-10" kəşfiyyat PUA-sı, "UL-450" kəşfiyyat PUA-sı, "Dev-4", "Dev-K", "Vorot-2" hücum PUA-ları, eləcə də təyyarə tipli "Luk" (Agheg) PUA-sı Respublika Meydanından keçib.

Tarix
2026.05.28 / 13:41
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov ATƏT-in baş katibi ilə görüşdü

XİN rəhbəri Tahsin Ərtoğruloğlu ilə görüşdü

TDT XİN Şurasının iclası keçirildi

Bakıda forum: bu mövzuda panel sessiya keçirildi

Bakıda keçirilən bu forumu böyük önəm kəsb edir

Bayramov və Mirzoyan protokolu bilərəkdən pozdu? - Foto

İlham Əliyev Türkmənistan Prezidentini təbrik etdi

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə!

ABŞ Cənubi Qafqaz regionuna... - Karlon

Alban xaçdaşlarını ermənilər mənimsəyə bilmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla