Yuxarı

Paşinyana dedim, istədiyin kimi et, amma... - Putin

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Paşinyana dedim, istədiyin kimi et, amma... - Putin

Son dərəcə vacib hesab etdiyim bir şeyi qeyd etmək istərdim: Rusiya və Ermənistan xalqları heç bir mübaliğəsiz dostluq telləri və əsrlər boyu xüsusi münasibətlərlə bağlıdır.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin bu gün, 29 mayda Avrasiya İqtisadi Forumunun yekunlarından sonra keçirilən mətbuat konfransında Aİİ çərçivəsində Ermənistanın taleyinin müzakirəsi ilə bağlı sualı cavablandırarkən bildirib.

"Bizim xüsusi münasibətlərimiz var - Rusiya ilə Ermənistan, Rusiya ilə erməni xalqı arasında. Mən bunu Nikol Vovayeviçə dedim, o da təsdiqləyəcək. Mən ona dedim ki, ermənilər üçün yaxşı olan hər şey məqbuldur və Rusiya üçün yaxşıdır”, - o deyib.

Vladimir Putin vurğulayıb ki, Paşinyana “Ermənistan xalqının maraqlarına əsaslanaraq, istədiyiniz kimi edin” təklifini verib:

“Hansı qərarlar qəbul edilirsə-edilsin, onlar humanitar və siyasi əlaqələri pozmayacaq. Amma bu halda söhbət sırf iqtisadi məsələlərdən gedir. Hər şey hesablanmalı, diqqətlə nəzərdən keçirilməli və qərarlar qəbul edilməlidir. Mən bunu artıq qeyd etmişəm. Ukrayna böhranı bir vaxtlar Ukraynanın AB-yə qoşulması cəhdləri ilə başladı. Biz buna qarşı deyildik. Lakin biz deyirdik: məsələn, fitosanitar standartlar tamamilə fərqlidir. Bu, bazara çıxış deməkdir. Rusiyada, Sovet İttifaqı dövründən bəri, deməli, mövcud Aİİ-nin bütün ölkələri üçün fitosanitar standartlar Avropadakından daha sərtdir.

Məsələn, genetik modifikasiya olunmuş qidalara məhdudiyyətlərimiz var. Burada insanlar genetik modifikasiya olunmuş qidalar yemək istəmirlər. Və biz bunu nəzərə almalıyıq. Bu qidaların istehlakının insanlara təsirləri ilə bağlı hələ də dərin bir araşdırma yoxdur.

Texniki standartlar tamamilə fərqlidir. Bəzi mexanizmləri ölkəmizdə satmaq mümkün olacaq, bəziləri isə mümkün olmayacaq. Hətta polad növlərinə görə belə və s. Başqa sözlə, bu gün müqayisə edilə bilməyən bir çox şey var. Onlar birlikdə mövcud ola bilməzlər. Bu o demək deyil ki, biz buna qarşıyıq. Biz bunun tərəfdarıyıq, amma bu, vaxt və kapital qoyuluşları tələb edir, çünki, məsələn, Avropada, ehtimal ki, bizimkindən daha inkişaf etmiş bəzi standartları təmin etmək üçün oxşar məhsul buraxılışı yaratmağa pul yatırmalıyıq.

Bu səbəbdən birini digəri ilə birləşdirmək praktik olaraq mümkün deyil. Buna görə də iqtisadi sahədə, bu halda Ermənistanla inteqrasiya prosesləri ilə bağlı bütün işlərimizi haradasa, ümumiyyətlə, dayandırmalı olacağıq”.

Tarix
2026.05.29 / 21:01
Müəllif
Ləman Cavadova
Digər xəbərlər

Putin yalan danışır, Ermənistana təzyiq edir...

Ermənistanın aqibəti Ukrayna kimi ola bilər? - Bəyanat

Kos Bolqarıstan rəsmisi ilə Cənubi Qafqazı müzakirə etdi

Azərbaycanın inkişaf tempi məni heyran edib... - Babiş

Pezeşkian iclas keçirdi: Azərbaycanla bağlı tapşırıq...

Bu halda İcəvanın yarısını itirəcəkdik

Azərbaycana qarşı hər hansı təxribatlar olarsa... - Deputat

Azərbaycandan Ermənistana buğda və gübrə göndərildi

İrakli Kobaxidze İlham Əliyevi təbrik etdi

Prezident Xankəndidə bu müəssisənin açılışını etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla