Yuxarı

Putin panikaya düşdü, Paşinyana görə nələr edir...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putin panikaya düşdü, Paşinyana görə nələr edir...

Ermənistanda 7 iyunda keçiriləcək parlament seçkiləri ərəfəsində Rusiyanın addımları heyrət doğurur.

Axar.az xəbər verir ki, seçkidə Ermənistanın hazırkı Baş naziri Nikol Paşinyanı məğlub etmək üçün Rusiya sadiq qulu Robert Köçəryanın uğur qazanacağına əmin deyildi.

Çünki Qarabağ münaqişəsi üzərindən hakimiyyətə gələn Köçəryan-Sərkisyan cütlüyünə (bu “cütlük” hazırda bir-birinə qarşı da mübarizə aparır) erməni cəmiyyətində çox mənfi münasibət mövcuddur. Rüşvət və korrupsiyanı çiçəkləndirən və külli miqdarda varidat toplayan bu ikili yalnız iqtisadi imkanları hesabına müəyyən çevrədən səs ala bilərlər ki, bu da hakimiyyətə gəlmək üçün kifayət deyil.

Bunu Rusiyada da yaxşı bilirdilər və buna görə də “Taşir” rəhbəri Samvel Karapetyan kartından istifadə qərarı verildi. S.Karapetyan bir neçə milyard dollara sahib milyarderdir, vəsaitlərini Rusiyada qazanıb və bütün uğurlarına görə Putinə borcludur. Zatən vəsaitlərinin idarə olunması da Rusiya ilə əlaqələrdən asılıdır.

Samvel Karapetyan “üçüncü qüvvə” kimi ortaya atıldı və Nikol Paşinyan da bunu dərhal hiss etdiyi üçün ona qarşı cinayət işlərinin başlanması prosesinə start verdi. İş o yerə çatdı ki, Vladimir Putin Nikol Paşinyanla 1 aprel görüşündə S.Karapetyanın seçkidə iştirak etmək hüququna dolayısı ilə işarə etdi.

Ancaq Putin o görüşdə Rusiyadakı ermənilərin də səsvermə hüququnun tanınması təşəbbüsünü göstərdi. Nəticədə N.Paşinyandan anında, kameralar önündə və açıq şəkildə rədd cavabı aldı.

Hadisələr bundan sonra sürətlə inkişaf etməyə başladı: seçki kampaniyası başlayan kimi bütün rusyönlü media qurumları, o cümlədən Rusiyadakı təbliğat aparatı Paşinyana qarşı ən sərt mövqe tutmağa və Karapetyanla Köçəryanı müdafiə etməyə başladı.

Seçki təbliğatının 15 günü arxada qalandan sonra üzə çıxdı ki, bütün təbliğata, təzyiqlərə baxmayaraq, Nikol Paşinyanın reytinqi yüksəkdir və digər rəqiblərini seçkidə asanlıqla məğlub edəcək. Bu nəticə deyəsən, Putini həyəcanlandırıb və bir-birinin ardınca Nikol Paşinyana zərbələr endirməyə başlayır: Ermənistandan “Çermuk” mineral suyunun, o cümlədən şərabların, bəzi kənd təsərrüfatı məhsullarının idxalı qadağan edildi. Həmçinin qaz tarifi ilə bağlı təzyiqlər artırıldı. Təbii qazın Ermənistana “çox ucuz” satıldığı Rusiya məmurlarının təzyiq alətindən birinə çevrilib və hər gün səsləndirilir.

Rusiya Ermənistana təzyiqi gücləndirmək üçün Aİİ-dən çıxması və AB-yə yönəlməsini “əsas” götürüb. Baxmayaraq ki, Ermənistan bir neçə dəfə Aİİ-dən çıxmaq niyyətində olmadığını bəyan edib. Putin isə 1 aprel görüşündə Paşinyana təklifini ötən gün Aİİ-nin Astana sammitində də dilə gətirdi: Ermənistanda Aİİ və AB ilə bağlı referendum keçirilməlidir.

Putin Aİİ-dən çıxmaq ehtimalını Ermənistana qarşı ən yüksək təzyiq vasitəsinə çevirib. Hətta ötən gün elan etdi ki, Ermənistan Aİİ-dən çıxarsa, ÜDM-in 14%-ni itirəcək.

Putinin ötən gün verdiyi bu bəyanatın ardınca bu gün Ermənistandakı səfiri Sergey Kopırkini “məsləhətləşmək üçün” Moskvaya çağırması artıq Kremldə bir panika yaşandığını əlamətidir.

Belə görünür ki, artıq 7 iyunda Nikol Paşinyanın qalib gələcəyini Rusiya tam yəqin edib, buna görə də bu qələbəni mümkün qədər çətinləşdirmək və Paşinyana problem yaratmaq, eyni zamanda, Ermənistandakı rusyönlülərə seçkiyə bir həftə qalmış əlavə imkan yaratmaq üçün Vladimir Putin şəxsən hərəkətə keçib və birbaşa özü təzyiq-təbliğat kapmaniyasında iştirak edir.

Rusiya 7 iyun seçkisində Paşinyanın qalib gələcəyi halda Cənubi Qafqazı böyük ölçüdə itirəcəyini yaxşı anlayır. Çünki Paşinyan TRİPP layihəsini həyata keçirəcək, Azərbaycanla sülh sazişi imzalayacaq və Qərbə istiqamətini davam etdirəcək. Köçəryan və Karapetyan isə artıq proqramlarını elan ediblər: Sülh üçün Rusiyanın zəmanəti şərt olacaq (yəni Rusiyanı yenə prosesə daxil edirlər), ermənilərin Qarabağa qaytarılması məsələsini qaldıracaqlar (münaqişəni yenidən yaratmağa çalışacaqlar) və s. Bunlar Ukraynada bataqlığa düşən Rusiyanın Cənubi Qafqazdan tam şəkildə çıxmasının qarşısını alan vasitələrdir.

Köçəryan-Karapetyanın qalib gəlməsi müşküldür və buna görə də Kremldə panika getdikcə artır.

Putin artıq Solovyov səviyyəsində təbliğat və siyasət aparır.

Tarix
2026.05.30 / 13:10
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Zoran Milanoviçi təbrik etdi

Putin yalan danışır, Ermənistana təzyiq edir...

Ermənistanın aqibəti Ukrayna kimi ola bilər? - Bəyanat

Kos Bolqarıstan rəsmisi ilə Cənubi Qafqazı müzakirə etdi

Azərbaycanın inkişaf tempi məni heyran edib... - Babiş

Pezeşkian iclas keçirdi: Azərbaycanla bağlı tapşırıq...

Bu halda İcəvanın yarısını itirəcəkdik

Azərbaycana qarşı hər hansı təxribatlar olarsa... - Deputat

Azərbaycandan Ermənistana buğda və gübrə göndərildi

İrakli Kobaxidze İlham Əliyevi təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla