Yuxarı

1300 kilometrlik qatar xətti açılır: Biletin qiyməti...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
1300 kilometrlik qatar xətti açılır: Biletin qiyməti...

Avropanın ən uzun dayanacaqsız qatar xətlərindən biri açılır. 1300 kilometrdən çox uzunluğu olan xəttin biletləri 10 avrodan başlayaraq satışa çıxarılacaq.

Axar.az Musavat.com-a istinadən xəbər verir ki, Praqada yerləşən özəl beynəlxalq qatar və avtobus operatoru olan “Leo Ekspress” Mərkəzi və Şərqi Avropanı birləşdirən nəhəng dəmir yolu layihəsinə başlayır. Şirkət 25 iyun tarixindən etibarən Almaniya, Çexiya və Polşanın əsas şəhər mərkəzlərini Ukrayna sərhədinə qədər dayanacaqsız xətt ilə birləşdirən yeni qatar xidmətlərini istifadəyə verəcəyini açıqlayıb.

Ukrayna sərhədindəki Polşa şəhəri olan Pşemışldan yola düşən qatar Krakov, Ostrava, Praqa, Drezden, Leypsiq və Erfurtdan keçərək Frankfurt-Mayn şəhər mərkəzinə və Frankfurt hava limanına çatacaq. Hər istiqamətdə gündə bir qatar xidməti ilə planlaşdırılan bu xətt sərnişinlərə Avropanın bir ucundan digər ucuna tək bir qatarla səyahət etməyə imkan verəcək.

“Leo Ekspress” şirkətinin baş direktoru Peter Köler yeni xətt haqqında şərh verərək layihənin simvolik və strateji əhəmiyyətini vurğulayıb:

“Yeni xətt ilə Qərbi və Şərqi Avropa arasındakı dəmir pərdələri aradan qaldırırıq, mühüm Avropa mərkəzlərini birləşdirir və Ukraynaya çıxış təmin edirik".

Bildirilib ki, sərnişinlər səyahətləri boyunca pulsuz vay-fay, cihazlar üçün doldurma stansiyaları, geniş çeşiddə yemək və içkilər və fasiləsiz kondisioner kimi standart imkanlardan yararlanacaqlar.

Tarix
2026.06.02 / 22:29
Müəllif
Axar.az
Digər xəbərlər

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

Pilotun aşkar edilməsi tapşırıqları icra olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla