Yuxarı

ABŞ və İran qarşılıqlı zərbələr endirdi - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ və İran qarşılıqlı zərbələr endirdi - Video

ABŞ ordusu İran tərəfindən buraxılan raket və pilotsuz uçuş aparatlarını ələ keçirdikdən sonra Qeşm adasında yerüstü idarəetmə mərkəzinə zərbələr endirib.

Axar.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

"ABŞ ordusu iyunun 2-də Yaxın Şərqdə İranın hücumlarına cavab olaraq özünümüdafiə məqsədilə bir neçə ballistik raketi, eləcə də dronları uğurla vurub", - məlumatda bildirilib.

Komandanlıq vurğulayıb ki, İran beş raket atıb və heç biri hədəflərə dəyməyib, ABŞ ordusu da üç dronu vurub:

"ABŞ ordusu həmçinin Qeşm adasında yerüstü idarəetmə mərkəzinə zərbələr endirib".

İslam İnqilabı Keşikçiləri Korpusu isə ABŞ-ın Qeşm adasındakı İran hərbi obyektinə endirdiyi zərbələrə cavab olaraq Bəhreyndə ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanmasının qərargahına, eləcə də regional ölkədəki Amerika hava bazasına raket və pilotsuz uçuş aparatları ilə hücumlar həyata keçirib.

Qeyd olunub ki, korpus Hörmüz boğazı yaxınlığında İran neft tankerinə endirilən zərbəyə cavab olaraq ABŞ-a bağlı gəmiyə hücum edib.

Öz növbəsində CENTCOM Küveytdəki Amerika qüvvələrinə qarşı İranın PUA hücumunu dəf etdiyini açıqayıb.

"Küveytdəki ABŞ qüvvələrinə hücum etməyə çalışan İran dronlarının daha bir dalğası nəzərdə tutulan hədəflərə çata bilməyib. Mərkəzi Komandanlığın hava hücumundan müdafiə qüvvələri bir neçə dronu uğurla vurub", - deyə qurum X sosial şəbəkə hesabında paylaşım edib.

Tarix
2026.06.03 / 06:54
Müəllif
Axar.az
Digər xəbərlər

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

Pilotun aşkar edilməsi tapşırıqları icra olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla