Yuxarı

Rusiya A-50U təyyarələrini Ukraynadan belə qoruyur

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya A-50U təyyarələrini Ukraynadan belə qoruyur

Rusiya uzaqmənzilli radiolokasiya aşkarlama təyyarələri olan A-50U-ları Mərkəzi Hərbi Dairəsinin ərazisində, Ural və Sibir bölgələrini əhatə edən mülki hava limanlarında saxlayır.

Axar.az xəbər verir ki, peyk görüntülərini təhlil edən “Avivektor” analitik qrupunun məlumatına görə, mümkün zərbələrdən yayınmaq üçün təyyarələrin yeri tez-tez dəyişdirilir.

Qeyd olunur ki, 4 iyuna olan məlumata əsasən, A-50U təyyarələrinin əsas toplanma məntəqəsi kimi İvanovo vilayətində yerləşən İvanovo-Severni aviabazası qeydə alınıb. Bu baza Ukrayna sərhədindən təxminən 700 km məsafədə yerləşir. Analitiklərin iddiasına görə, burada 8 ədəd A-50 təyyarəsi olub. Daha bir təyyarə isə Ukraynadan təxminən 2300–2400 km uzaqlıqda yerləşən Komi Respublikasındakı Vorkuta-Sovetski aviabazasında aşkarlanıb.

Bundan əlavə, daha üç A-50 təyyarəsi mülki hava limanlarında müşahidə edilib:

- Tatarıstandakı Beqişevo hava limanında;

- Çelyabinsk hava limanında;

- Xantı-Mansi Muxtar Dairəsində yerləşən Nijnevartovsk hava limanında.

Məlumata görə, DRLO təyyarəsi 2026-cı il iyunun 1-i ilə 2-si arasında Çelyabinsk hava limanına gedib. Bundan əvvəl həmin hava limanında iki A-50U təyyarəsi yerləşdirilmişdi.

Tarix
2026.06.06 / 08:00
Müəllif
Axar.az
Digər xəbərlər

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

Pilotun aşkar edilməsi tapşırıqları icra olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla