Yuxarı

Rus hərbçilər Ukrayna PUA-sına təslim oldular - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rus hərbçilər Ukrayna PUA-sına təslim oldular - Video

Rusiya Silahlı Qüvvələrinin 6-cı ordusunun 69-cu diviziyasının 83-cü alayının bir qrup hərbçisi Ukrayna ordusuna könüllü əsir düşüb.

Axar.az xəbər verir ki, bununla bağlı yayılan görüntülərdə rusların Ukrayna dronuna əsir düşdükləri görünür.

Əsir düşən hərbçilər bəyanat da yayıblar. Müraciətlərində hərbçilər Rusiya komandanlığının onları ölümə göndərdiyini və imtina edəcəkləri təqdirdə hərbi xidmətlərini “sıfırlayacaqları” ilə hədələdiyini bildiriblər.

Onların sözlərinə görə, mövqelərində təslim olmaq barədə təlimatları olan bir vərəqə tapıblar və silahlarını yerə qoyaraq təslim olublar.

Hərbçilər ruslara hərbi xidmət barədə müqaviləni imzalamamağı, müharibəyə getməməyi və cəbhədə olanlara isə təslim olmağı məsləhət görüblər.

"Əgər belə bir vərəqə görsəniz, təlimatlara əməl edin. Hər şey yaxşı olacaq: pilotsuz təyyarə gələcək, sizi təhlükəsiz şəkildə müşayiət edəcək, sizi qarşılayacaqlar və sizə içki verəcəklər" - deyə, əsgərlərdən biri qeyd edib.

Tarix
2026.06.09 / 17:40
Müəllif
Axar.az
Digər xəbərlər

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

Şimali Koreya hərbçiləri cənub sərhədini keçdilər – Gərginlik

Urmiya gölü qırmızı rəngə boyandı

Konqres 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

Azərbaycan İndoneziyaya başsağlığı verdi

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla