Yuxarı

Berman: Dünyada "iki Rusiya" var

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Berman: Dünyada "iki Rusiya" var

Rusiya iqtisadiyyatı Ukraynadakı müharibənin təsirlərini getdikcə daha çox hiss edir, lakin Kreml xaricdə ölkənin müsbət imicini təşviq etmək səylərini azaltmır.

Axar.az xəbər verir ki, bu barədə “Forbes”in köşə yazarı İlon Berman öz məqaləsində yazıb.

Müəllifin fikrincə, bu gün "iki Rusiya" var. Birincisi, uzun sürən müharibə səbəbindən artan maliyyə problemləri ilə üzləşir. İkincisi, genişmiqyaslı informasiya kampaniyası vasitəsilə Moskvaya dair beynəlxalq qavrayışları dəyişdirməyə çalışır.

Berman qeyd edir ki, bir neçə illik sanksiya təzyiqindən sonra Rusiya iqtisadiyyatı ciddi büdcə çətinlikləri ilə üzləşir. Belə ki, Maliyyə Nazirliyinin və Mərkəzi Bankın nümayəndələri müharibə xərclərinin dayanıqsız hala gəldiyini xəbərdar edir və müdafiə büdcəsini azaltmağı təklif edirlər.

Qeyd edilir ki, son illərdə Kreml iqtisadiyyatı hərbi istehsala yönəltməklə sanksiyalara uyğunlaşıb. 2025-ci ildə Rusiyanın hərbi xərcləri rekord həddə - 15,5 trilyon rubla (təxminən 215 milyard dollar) çatıb, 2026-cı ildə isə 14,9 trilyon rubla çata bilər ki, bu da mövcud məzənnə ilə təxminən 207 milyard dollara bərabərdir.

Tarix
2026.06.10 / 07:00
Müəllif
Axar.az
Digər xəbərlər

Sərhəddə azərbaycanlı sürücülər çətin vəziyyətdə - Video

Vahid Ələkbərov amerikalı ilə razılaşdı: 10 milyardlıq satış

Təsdiqləndi, prezident Azərbaycana gələcək

Azərbaycanda hakimlərin xidmət haqqı bu qədər olacaq

Bu, İlham Əliyevin strateji baxışı əsasında qurulur

İlham Əliyevin Kestutis Budrisi qəbuluna dair - Video

İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi

Litvalı nazirdən Azərbaycan vətəndaşlarına müjdə: Viza...

Kəlbəcər bir güllə atılmadan Azərbaycana təhvil verildi

Əli Əsədov Boçorişvili ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla