Yuxarı

Fransanın turizm rəhbərləri "Azərbaycan şəhərciyi"də

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Fransanın turizm rəhbərləri "Azərbaycan şəhərciyi"də

Azərbaycanın Fransadakı səfirliyinin təşəbbüsü ilə ölkəmizə səfər etmiş böyük fransız turizm agentliklərinin rəhbərləri və onların əsas müştəriləri Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Parisdə keçirilən "Azərbaycan şəhərciyi"ni ziyarət ediblər.

Axar.az xəbər verir ki, onlar şəhərcikdə təşkil olunan müvafiq stendlər vasitəsilə ölkəmizin mədəniyyəti, tarixi, mətbəxi, milli suvenirləri, şərabları və digər ixrac məhsulları ilə tanış olublar.

Şəhərcikdə qonaqlara Azərbaycanın turizm potensialı haqqında ətraflı məlumat verilib.

Fransanın turizm mütəxəssisləri Azərbaycanın yeni turizm istiqaməti kimi öz zəngin tarixi və mədəni irsi, eləcə də müasir turizm infrastrukturu, Bakı, Gəncə, Qəbələ, Göygöl və Qusarda yerləşən böyük turizm potensialı ilə fransız turistlərdə böyük maraq oyatdığını vurğulayıblar.

Hər il Gəncədə Fransa ilə birlikdə təşkil olunan beynəlxalq üzüm və şərab festivalı, bu il təşkil ediləcək Azərbaycan regionlarının turizm festivalı kimi təşəbbüslər yüksək qiymətləndirilib.

Qonaqlar şəhərcikdə təqdim olunan Azərbaycan şərablarının dequstasiyası zamanı onların yüksək keyfiyyətini xüsusi qeyd edib. Eləcə də burada sərgilənən müxtəlif yerli məhsullar haqqında ətraflı məlumat verilib.

Tarix
2016.09.24 / 22:05
Müəllif
Axar.az
Digər xəbərlər

Rəsmi Bakı Anım Günü ilə bağlı bəyanat yaydı

Bayramov ABŞ-da 37 görüş keçirdi, 17 sənəd imzaladı

İlham Əliyevin Anım Günü ilə bağlı paylaşımı

Türkiyədə Azərbaycanı düşmən sayanların sayı... - Nə baş verir?

Türk fenomen Azərbaycanı qınayanları susdurdu - Video

İlham Əliyevin Formula-1-lə bağlı paylaşımı - Video

Keçmiş deputat vəzifədən azad edildi

Biz bu sistemə sadiq qalırıq - Ceyhun Bayramov

İlham Əliyev bu tədbirdə iştirak etdi - Video

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla