Yuxarı

Rusiya afrikalıları müharibəyə belə cəlb edir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya afrikalıları müharibəyə belə cəlb edir

Rusiya ehtimal ki, Afrika ölkələrinin vətəndaşlarını Ukraynaya qarşı müharibədə iştiraka cəlb etmək üçün işə qəbul sxemlərindən və təhsil proqramlarından istifadə edir.

Axar.az xəbər verir ki, bu barədə “Telegrаf” qəzeti Ukraynanın Strateji Kommunikasiyalar Mərkəzinin yeni hesabatına istinadən yazıb.

Nəşr özünü Maykl kimi təqdim edən 25 yaşlı keniyalının hekayəsini misal gətirib. Onun sözlərinə görə, 2025-ci ildə ona Rusiyada arxa cəbhədə obyektlərin mühafizəsi ilə bağlı iş təklif olunub. Ona birdəfəlik təxminən 5,6 min funt sterlinq ödəniş və aylıq 1,7 min funt sterlinq maaş vəd edilib.

Lakin onun iddiasına görə, Rusiyaya gəldikdən sonra o, məzmununu başa düşmədiyi rus dilində hərbi müqavilə imzalayıb, silah alıb və demək olar ki, heç bir hazırlıq keçmədən Ukraynadakı cəbhəyə göndərilib.

“Onlar bizə zirehli jiletlər və silah verdilər və irəli getməyi əmr etdilər. Mənə heç kim heç nə öyrətmədi. Silahdan istifadə etməyi başqalarını müşahidə edərək öyrəndim”, – deyə o bildirib.

Ukraynanın Strateji Kommunikasiyalar Mərkəzinin araşdırmasına görə, Rusiya xariciləri ölkəyə cəlb etmək və sonradan onlarla hərbi müqavilələr bağlamaq üçün iş təkliflərindən, təhsil qrantlarından, idman tədbirlərindən və miqrasiya agentliklərindən istifadə edir.

Hesabat müəllifləri iddia edirlər ki, Kremlin bu siyasəti Afrika ölkələrindəki sosial-iqtisadi problemlərdən və insanların xaricdə iş tapmaq istəyindən faydalanmağa əsaslanır.

Tarix
2026.06.15 / 09:00
Müəllif
Axar.az
Digər xəbərlər

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

Pilotun aşkar edilməsi tapşırıqları icra olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla