Yuxarı

ABŞ-İran razılaşmasına Ərdoğandan reaksiya

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ-İran razılaşmasına Ərdoğandan reaksiya

ABŞ və İran arasında əldə olunan razılaşmanı bölgəmizdə sülh və sabitliyin təmin edilməsi baxımından mühüm hadisə kimi qiymətləndirir və bunu məmnunluqla qarşılayıram.

Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan X hesabında yazıb.

“İmzaların atılacağı günədək gərginliyi artıracaq bəyanatlardan, təxribatlardan çəkinməyin zəruriliyini, həmçinin mümkün sabotaj cəhdlərinə qarşı ayıq-sayıq olmağın vacibliyini vurğulamaq istəyirəm.

Bu nəticənin əldə olunmasında, ilk növbədə ABŞ və İran rəhbərlikləri olmaqla, vasitəçilik səylərinə görə Pakistana təşəkkür edirəm.

Həmçinin Qətər və Səudiyyə Ərəbistanının diplomatik təşəbbüslərə göstərdikləri dəstəyi yüksək qiymətləndirirəm.

Türkiyə olaraq bölgəmizdə sülhün və əmin-amanlığın bərqərar olunmasına yönəlmiş bütün addımları dəstəkləməyə, həmçinin diplomatiya və beynəlxalq hüquq prinsipləri əsasında davamlı həll yollarının tapılmasına töhfə verməyə davam edəcəyik”, - deyə Ərdoğan əlavə edib.

Qeyd edək ki, Pakistan Baş naziri Şahbaz Şərif İranla ABŞ arasında razılaşmanın əldə edildiyini və sazişin 19 iyunda İsveçrədə imzalanacağını bəyan edib.

Tarix
2026.06.15 / 10:58
Müəllif
Ləman Cavadova
Digər xəbərlər

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

Pilotun aşkar edilməsi tapşırıqları icra olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla