Yuxarı

AB Türkiyəyə görə Yunanıstana xəbərdarlıq etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
AB Türkiyəyə görə Yunanıstana xəbərdarlıq etdi

Avropa Birliyi (AB) Türkiyə ilə bağlı Yunanıstana xəbərdarlıq edib.

Axar.az Report-a istinadən xəbər verir ki, xəbərdarlığı Avropa diplomatiyasının rəhbəri Kaya Kallas Yunanıstanın aparıcı qəzetlərindən olan "Ta Nea"ya müsahibə zamanı səsləndirib.

O, AB-nin 150 milyard avroluq müdafiə proqramı SAFE-ə Türkiyənin qoşulmasına mane olmağa çalışan Afinaya bildirib ki, AB Ankaraya əməkdaşlıq təklif edir:

"Müdafiə sahəsində, Türkiyənin SAFE-ə qatılmaması səbəbindən, mövcud üzv dövlətlər Türkiyə ilə daha yaxın əməkdaşlıq etmək üçün səy göstərir, çünki əksəriyyəti NATO-da yer alır və Türkiyə alyansda mühüm rol oynayır".

Kallas qəzetin əməkdaşının Türkiyənin iki AB ölkəsini təhdid etməsi ilə bağlı təxribatçı sualına isə Avropanın xüsusilə müdafiə sahəsində Ankara ilə əməkdaşlığa ehtiyac duyduğunu təkrarlayıb:

"Türkiyənin Avropanın təhlükəsizlik arxitekturasındakı əhəmiyyətli yeri var".

Tarix
2026.06.19 / 01:57
Müəllif
Axar.az
Digər xəbərlər

Dublində Əliyevlə Paşinyanın görüşü keçirildi - Video

Hikmət Hacıyev Alen Simonyanla müzakirə apardı - Video

İlham Əliyevin Britaniya baş naziri ilə görüşü gözlənilir

Ömüraliyev TİF-in Prezidenti təyin olundu

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Rumen Radevlə görüşdü

İlham Əliyev Dublində mühüm tədbirdə iştirak etdi

Zelenski Əliyevlə nələri müzakirə etdiyini açıqladı

Monteneqro prezidenti Azərbaycana gəlir

Azərbaycandan qazla bağlı məsələyə maraq var, çünki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla