Yuxarı

Krım üçün 100 il sonra gələn təhlükə...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Krım üçün 100 il sonra gələn təhlükə...

Krım körpüsü Ukrayna ordusunun müdaxiləsi olmadan da çökə bilər. Onu bu regionda vaxtaşırı baş verən zəlzələlər asanlıqla dağıda bilər.

Axar.az xəbər verir ki, bu barədə Ukraynanın Milli Elmlər Akademiyasının S.İ.Subbotin adına Geofizika İnstitutunun seysmoloqu Dmitri Qrin bildirib.

Alimin fikrincə, ruslar bu körpünü əvvəldən təhlükəsizlik baxımından həmin ərazidə inşa etməməli idilər. Çünki Kerç boğazında torpaq qatları son dərəcə qeyri-sabitdir və burada özünəməxsus geoloji qırılma xətləri mövcuddur.

“Ruslar dövlət tikinti normalarını xüsusi olaraq dəyişdirib həmin ərazinin seysmik risk göstəricilərini aşağı salıblar. Orada çox zəif torpaq qatları və Kerç yarımadası ilə Taman yarımadası arasında qırılma sistemi mövcuddur. Bu tikinti siyasi qərar idi”, – deyə o bildirib.

Qrin vurğulayıb ki, Krım bölgəsində vaxtaşırı zəlzələlər baş verir və bu, bir neçə gün əvvəl də təsdiqlənib. Onun sözlərinə görə, hətta zəif yeraltı təkanlar belə körpünün konstruksiyasına mənfi təsir göstərə bilər və bu təsir zamanla yığılır.

“Bu körpü üçün geri dönməz proseslər artıq gedir. Ukrayna ərazisindəki seysmik hadisələr belə onu sonda məhv edə bilər, hətta raket zərbələri olmadan da...”, – deyə ekspert qeyd edib.

Dmitri Qrin həmçinin xatırladıb ki, təxminən hər yüz ildən bir Krımda güclü zəlzələlər baş verir. 1927-ci il Krım zəlzələsi zamanı yarımada 9 bala çatan təkanlarla silkələnmiş və genişmiqyaslı dağıntılar qeydə alınmışdı.

Alimin fikrincə, yaxın illərdə buna bənzər hadisənin təkrarlanma ehtimalı yüksəkdir.

Tarix
2026.06.25 / 07:00
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Vahid Ələkbərov amerikalı ilə razılaşdı: 10 milyardlıq satış

Təsdiqləndi, prezident Azərbaycana gələcək

Azərbaycanda hakimlərin xidmət haqqı bu qədər olacaq

Bu, İlham Əliyevin strateji baxışı əsasında qurulur

İlham Əliyevin Kestutis Budrisi qəbuluna dair - Video

İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi

Litvalı nazirdən Azərbaycan vətəndaşlarına müjdə: Viza...

Kəlbəcər bir güllə atılmadan Azərbaycana təhvil verildi

Əli Əsədov Boçorişvili ilə görüşdü

Azərbaycan və Litva XİN başçıları görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla