Yuxarı

Rusiyanın buna haqqı varmı? – Paşinyan əsəbiləşdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyanın buna haqqı varmı? – Paşinyan əsəbiləşdi

Aİİ bir neçə konseptual prinsipə əsaslanır: işçi qüvvəsinin, malların, xidmətlərin və maliyyənin sərbəst hərəkətinə.

Axar.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

“Əgər bu yoxdursa, deməli, Aİİ də yoxdur! Biz Aİİ-nin mövcud olduğunu deyirik, təşkilatın üzv dövləti kimi hesab edirik: hansısa anlaşılmazlıq yaranıb və belə bir təəssürat formalaşıb ki, guya Aİİ mövcud deyil. Amma Aİİ desə ki, bilirsiniz, artıq mövcud deyiləm, onda biz nə edə bilərik? Biz Aİİ-nin üzvüyük və Aİİ-də işləyirik. İndi Aİİ deməlidir: mövcuddur, ya yox? Bir sıra Aİİ ölkəsində eyni proses rəsmi açıqlamalar olmadan baş verir, çünki insanlar baş verənləri üzləşdikləri risk kimi qiymətləndirəcəklər. Buna görə də Aİİ formatında müzakirə ediləcək bir şey var və mən bu müzakirəyə yaxın gələcəkdə başlayacağam. Çünki həmkarlarımıza mənim yoxluğumda (Mayın 29-da Astanada keçirilən Aİİ Şurasının iclasında Paşinyan parlament seçkilərinə görə iştirak etməmişdi. Ermənistanda parlament seçkiləri 7 iyunda keçirilib - red.) qəbul etdikləri bəyanatla bağlı suallarım da var və bunun praktikada nə demək olduğunu başa düşməliyik. Yəni, aydınlaşdırmalıyıq ki, Aİİ-yə üzv hər hansı ölkə digər üzv dövlətlərə münasibətdə birtərəfli qaydada, sadəcə bir gün səhər oyanaraq belə qərarlar qəbul edə bilərmi? Məncə, bu sualın cavabı “bəli”dirsə, onda Aİİ özünü buraxdığını elan edir və biz də bundan sonrakı addımlarımızı məhz bunun əsasında müəyyənləşdirməli olacağıq”, - o bildirib.

Qeyd edək ki, Rusiya Ermənistandan bəzi məhsulların idxalına qadağa qoyub.

Tarix
2026.06.25 / 13:52
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Bayramov ATƏT-in baş katibi ilə görüşdü

XİN rəhbəri Tahsin Ərtoğruloğlu ilə görüşdü

TDT XİN Şurasının iclası keçirildi

Bakıda forum: bu mövzuda panel sessiya keçirildi

Bakıda keçirilən bu forumu böyük önəm kəsb edir

Bayramov və Mirzoyan protokolu bilərəkdən pozdu? - Foto

İlham Əliyev Türkmənistan Prezidentini təbrik etdi

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə!

ABŞ Cənubi Qafqaz regionuna... - Karlon

Alban xaçdaşlarını ermənilər mənimsəyə bilmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla